SOCAR "Exxonmobil" ilə birlikdə araşdırma aparır - Baku TV
“SOCAR geotermal layihələrin hazırlanması üçün tərəfdaşlar axtarır. ABŞ şirkətləri tərəfindən istifadə edilən hidravlik qırılma texnologiyası geotermal enerjidə də tətbiq oluna bilər”.
“Trend”in məlumatına görə, bunu Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında “Enerji infrastrukturu və enerji gələcəyinə kapital axını” mövzusunda panel müzakirəsində SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib.
O qeyd edib ki, SOCAR “ExxonMobile” şirkəti ilə birlikdə həm hidravlik, həm də qeyri-hidravlik qırılmanı araşdırır. Bununla da ölkə ərazisinin təxminən 20 faizi əməkdaşlıq çərçivəsində bu tip layihələrlə əhatə olunacaq.
Əfqan İsayev həmçinin bildirib ki, Azərbaycan enerji keçidi dövründə enerji saxlama layihələrinin həyata keçirilməsində maraqlıdır.
Onun sözlərinə görə, bərpa olunan enerji texnologiyalarının inkişafı əvvəllər baha başa gələn bir çox layihəni tədricən iqtisadi cəhətdən daha səmərəli edir.
Тег #SOCAR используется
- Şirkət tərəfdaşlarla aktiv müzakirə aparır - Baku TV
- "Honeywell"in vitse-prezidentindən açıqlama - Baku TV
- SOCAR-ın prezidenti ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında iştirak etdi - Baku TV
- "Qoşadaş" sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır - Baku TV
- SOCAR investorların hesablarına nə qədər ödəniş etdi? - Baku TV
