Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsi ilə bağlı mühüm müzakirələr aparıldı - Baku TV
SOCAR prezidenti Rövşən Nəcəf Kot-d’İvuarın Abican şəhərində səfərdə olub.
Azərbaycanın Xarici İşlər Nazirliyinin və SOCAR-ın nümayəndələrindən ibarət heyətin səfəri çərçivəsində Kot-d’İvuarın Xarici İşlər Nazirliyinin və enerji sektoru üzrə yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib.
Səfərdə Xarici İşlər Nazirliyi nazir müavini Yalçın Rəfiyev və müşayiət edən əməkdaşlar tərəfindən təmsil olunub.
Kot-d’İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d’İvuarın milli neft şirkətinin rəhbər heyəti ilə görüşlərdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə SOCAR tərəfindən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz payın alınması ilə bağlı, o cümlədən layihənin inkişaf mərhələləri, hasilat imkanları, logistika və kommersiya məsələləri barədə geniş fikir mübadiləsi aparılıb. Layihənin SOCAR-ın Afrikada fəaliyyət coğrafiyasını genişləndirmək və beynəlxalq enerji bazarlarında mövqeyini gücləndirmək baxımından strateji əhəmiyyəti vurğulanıb.
Тег #SOCAR используется
- Pərviz Şahbazov İndoneziyanın Azərbaycandakı səfiri ilə nələri müzakirə etdi? - Baku TV
- SOCAR-ın Bolqarıstandakı qazpaylayıcı şəbəkəsi | "İlkin layihələndirmə işləri tamamlanıb" - Baku TV
- SOCAR-ın təşkilatçılığı ilə 2 günlük seminar | Təşəbbüs təcrübə mübadiləsini genişləndirir - Baku TV
- Əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə edilib - Baku TV
- Rövşən Nəcəf Moldova energetika naziri ilə görüşüb - Baku TV
