Выбрать плеер:
Rövşən Nəcəf Moldova energetika naziri ilə görüşüb - Baku TV
2026-cı il mart ayının 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Moldova Respublikasının energetika naziri Dorin Junqetu ilə görüşüb.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının iclasları çərçivəsində keçirilən görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunub, bu baxımdan Cənub Qaz Dəhlizinin rolu xüsusi vurğulanıb.
Söhbət zamanı SOCAR-la Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Скопировано
