Выбрать плеер:
Əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə edilib - Baku TV
2026-cı il martın 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Slovakiyanın SPP şirkətinin İdarə Heyətinin sədri Yuray Ondrislə görüşüb.
Görüşdə Azərbaycanla Slovakiya arasında enerji sektorunda uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti qeyd olunub.
Həmçinin 2024-cü ilin dekabrından Azərbaycan qazının Slovakiyaya təchizatına başlanılmasının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı SOCAR-la SPP arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Скопировано
