Выбрать плеер:

BTC-nin operatorluğu bp-dən SOCAR-a keçib - Baku TV

02 июля 2026 213 просмотров

1 iyul 2026-cı ildən etibarən Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin operatorluğu “BP Exploration Limited” şirkətindən “SOCAR Midstream Operations” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülüb.

Bu barədə “BP Azərbaycan” şirkəti məlumat yayıb.

Bildirilib ki, operatorluğun ötürülməsi Bakı-Tbilisi-Ceyhan layihəsinin əsasını təşkil edən və yekun investisiya qərarının bir hissəsi kimi qəbul edilmiş müvafiq sazişlərə əsaslanır.

Ötürülmə Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, Azərbaycan, Gürcüstan və Türkiyədəki bütün ayrıca Bakı-Tbilisi-Ceyhan boru kəmərinə aid obyektləri və digər ümumi fəaliyyətləri əhatə edir.

Səngəçal terminalının operatorluğu dəyişməz qalır. BP obyektin operatorluğunu icra etməkdə davam edəcək.

BTC Co. şirkətinin səhmdarlıq strukturu da dəyişməz qalır.

Qeyd edək ki, uzunluğu 1768 km olan Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün inşa edilib. Kəmərin cari ötürücülük gücü gündəlik bir milyon barel təşkil edir.

Скопировано
Qeyri-ərzaq məhsullarının idxalı üçün tələb olunan sənədlərin sayı artırılacaq - Baku TV

Qeyri-ərzaq məhsullarının idxalı üçün tələb olunan sənədlərin sayı artırılacaq - Baku TV

İqtisadiyyat
12 июля 2026 213 просмотров
54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV

54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV

İqtisadiyyat
11 июля 2026 213 просмотров
Proqnozdan 217,7 milyon manat çox vergi yığılması nələrin göstəricisidir? - Baku TV

Proqnozdan 217,7 milyon manat çox vergi yığılması nələrin göstəricisidir? - Baku TV

İqtisadiyyat
11 июля 2026 213 просмотров
Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV

Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV

İqtisadiyyat
11 июля 2026 213 просмотров
SOCAR İtaliya şirkəti ilə anlaşma memorandumu imzalayıb - Baku TV

SOCAR İtaliya şirkəti ilə anlaşma memorandumu imzalayıb - Baku TV

İqtisadiyyat
10 июля 2026 213 просмотров
“SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviayanacaq üzrə saziş bağlayıb - Baku TV

“SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviayanacaq üzrə saziş bağlayıb - Baku TV

İqtisadiyyat
10 июля 2026 213 просмотров
SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib - Baku TV

SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib - Baku TV

İqtisadiyyat
09 июля 2026 213 просмотров
Enerji nəhəngləri bir araya gəldi: Görüşdə nələr müzakirə olundu? - Baku TV

Enerji nəhəngləri bir araya gəldi: Görüşdə nələr müzakirə olundu? - Baku TV

İqtisadiyyat
09 июля 2026 213 просмотров
Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV

Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV

İqtisadiyyat
09 июля 2026 213 просмотров
Gömrük Məcəlləsində dəyişikliklər | Xaricdən mal gətirənlərin nəzərinə - Baku TV

Gömrük Məcəlləsində dəyişikliklər | Xaricdən mal gətirənlərin nəzərinə - Baku TV

İqtisadiyyat
07 июля 2026 213 просмотров
Выбранные
icon