Выбрать плеер:

SOCAR rəsmən Bakı-Tbilisi-Ceyhan kəmərinin operatoru oldu - Baku TV

03 июля 2026 331 просмотров

2 iyul 2026-cı il tarixində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin 20 illiyi, BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tədbirdə çıxış edərək ötən 20 il ərzində layihənin beynəlxalq əhəmiyyətindən, BP-nin uzunmüddətli səmərəli operatorluq rolundan bəhs edib.

Həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən biri olduğunu söyləyən SOCAR-ın prezidenti Rövşən Nəcəf kəmərin Xəzər regionunu Qara dəniz hövzəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizi formalaşdırdığını qeyd edib.

İqtisadiyyat nazirinin müavini Anar Axundov çıxışında son 20 il ərzində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycanın enerji sektorunun inkişafı ilə yanaşı, ölkəmizin dayanıqlı iqtisadi tərəqqisinə və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib.

Nazir müavini boru kəməri üzrə operatorluğun SOCAR-a keçməsinin Azərbaycanda uzun illər ərzində beynəlxalq tərəfdaşlıq mühitində formalaşmış peşəkar bilik və əməliyyat imkanlarının məntiqi nəticəsi olduğunu vurğulayıb.

Sonra Rövşən Nəcəf və Cio Kristofoli BTC üzrə operatorluğun və BTC ilə CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsini ifadə edən rəmzi idarəetmə düyməsini sıxıblar.

Скопировано
Qeyri-ərzaq məhsullarının idxalı üçün tələb olunan sənədlərin sayı artırılacaq - Baku TV

Qeyri-ərzaq məhsullarının idxalı üçün tələb olunan sənədlərin sayı artırılacaq - Baku TV

İqtisadiyyat
12 июля 2026 331 просмотров
54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV

54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV

İqtisadiyyat
11 июля 2026 331 просмотров
Proqnozdan 217,7 milyon manat çox vergi yığılması nələrin göstəricisidir? - Baku TV

Proqnozdan 217,7 milyon manat çox vergi yığılması nələrin göstəricisidir? - Baku TV

İqtisadiyyat
11 июля 2026 331 просмотров
Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV

Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV

İqtisadiyyat
11 июля 2026 331 просмотров
SOCAR İtaliya şirkəti ilə anlaşma memorandumu imzalayıb - Baku TV

SOCAR İtaliya şirkəti ilə anlaşma memorandumu imzalayıb - Baku TV

İqtisadiyyat
10 июля 2026 331 просмотров
“SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviayanacaq üzrə saziş bağlayıb - Baku TV

“SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviayanacaq üzrə saziş bağlayıb - Baku TV

İqtisadiyyat
10 июля 2026 331 просмотров
SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib - Baku TV

SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib - Baku TV

İqtisadiyyat
09 июля 2026 331 просмотров
Enerji nəhəngləri bir araya gəldi: Görüşdə nələr müzakirə olundu? - Baku TV

Enerji nəhəngləri bir araya gəldi: Görüşdə nələr müzakirə olundu? - Baku TV

İqtisadiyyat
09 июля 2026 331 просмотров
Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV

Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV

İqtisadiyyat
09 июля 2026 331 просмотров
Gömrük Məcəlləsində dəyişikliklər | Xaricdən mal gətirənlərin nəzərinə - Baku TV

Gömrük Məcəlləsində dəyişikliklər | Xaricdən mal gətirənlərin nəzərinə - Baku TV

İqtisadiyyat
07 июля 2026 331 просмотров
Выбранные
icon