Выбрать плеер:

Kredit faizləri daha da yüksələcək? - “Bankların xərci artıb...” - Baku TV

01 июля 2026 137 просмотров

Azərbaycanda yeni verilmiş kreditlərin orta faizləri son aylara qədər azalmağa doğru getsə də, mayda orta faiz göstəricisində yenidən artım qeydə alınıb.

Maraqlıdır ki, eyni dövrdə depozitlərin və əmanətlərin orta faiz göstəricisində azalma olub.

Belə ki, may ayında kreditlərin orta faizi 17,92 %-ə ensə də, iyunda 18,3 %-ə yüksəlib. Həmçinin mayda 7,99 % olan depozit faizləri isə iyunda bir az da düşərək 7,96 % təşkil edib.

Qeyd edək ki, kreditlər əsasən depozitlər hesabına verilir.

Mərkəzi Bankın son məlumatına görə, depozitlərin 45,2 %-i fiziki şəxslərin vəsaitlərindən ibarət olub.

Bəs depozit və əmanət faizlərinin azalmasına baxmayaraq, kredit faizlərinin artması nə ilə bağlıdır?

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, depozit faizlərinin aşağı düşməsi kredit faizlərinin də mütləq şəkildə azalacağı anlamına gəlmir:

“Məsələ burasındadır ki, depozit faizi bankın resurs cəlbetmə faizi, kredit faizi isə həmin resursların satış qiymətidir. Depozit faizləri müxtəlif səbəblərdən, o cümlədən vəsait yerləşdirmək istəyən depozitarların çoxluğu fonunda düşə bilər, yəni bankın əlavə resursa ehtiyacı olmadıqda o, depozit faizlərini aşağı salır. Beləliklə, depozit faizlərinin aşağı səviyyədə qaldığı bir şəraitdə belə kredit faizləri yüksələ bilər”.

Скопировано
Qeyri-ərzaq məhsullarının idxalı üçün tələb olunan sənədlərin sayı artırılacaq - Baku TV

Qeyri-ərzaq məhsullarının idxalı üçün tələb olunan sənədlərin sayı artırılacaq - Baku TV

İqtisadiyyat
12 июля 2026 137 просмотров
54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV

54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV

İqtisadiyyat
11 июля 2026 137 просмотров
Proqnozdan 217,7 milyon manat çox vergi yığılması nələrin göstəricisidir? - Baku TV

Proqnozdan 217,7 milyon manat çox vergi yığılması nələrin göstəricisidir? - Baku TV

İqtisadiyyat
11 июля 2026 137 просмотров
Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV

Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV

İqtisadiyyat
11 июля 2026 137 просмотров
SOCAR İtaliya şirkəti ilə anlaşma memorandumu imzalayıb - Baku TV

SOCAR İtaliya şirkəti ilə anlaşma memorandumu imzalayıb - Baku TV

İqtisadiyyat
10 июля 2026 137 просмотров
“SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviayanacaq üzrə saziş bağlayıb - Baku TV

“SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviayanacaq üzrə saziş bağlayıb - Baku TV

İqtisadiyyat
10 июля 2026 137 просмотров
SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib - Baku TV

SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib - Baku TV

İqtisadiyyat
09 июля 2026 137 просмотров
Enerji nəhəngləri bir araya gəldi: Görüşdə nələr müzakirə olundu? - Baku TV

Enerji nəhəngləri bir araya gəldi: Görüşdə nələr müzakirə olundu? - Baku TV

İqtisadiyyat
09 июля 2026 137 просмотров
Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV

Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV

İqtisadiyyat
09 июля 2026 137 просмотров
Gömrük Məcəlləsində dəyişikliklər | Xaricdən mal gətirənlərin nəzərinə - Baku TV

Gömrük Məcəlləsində dəyişikliklər | Xaricdən mal gətirənlərin nəzərinə - Baku TV

İqtisadiyyat
07 июля 2026 137 просмотров
Выбранные
icon