Выбрать плеер:

"Azərbaycana təşəkkür edirik" | SOCAR-dan Ukrayna xalqı üçün humanist addım - Baku TV

04 февраля 2026 84 просмотров

Ukraynada Rusiyanın hava zərbələri və sərt şaxtalar nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycanın humanitar yardımı və dəstəyi davam edir.

Bu missiya çərçivəsində "SOCAR Energy Ukraine"in Kiyev vilayətindəki yanacaq doldurma məntəqələrində sakinlərə dəstək nöqtələri yaradılıb.

Belə ki, işıq və istilik çatışmazlığından əziyyət çəkən Kiyev sakinləri burada fasiləsiz enerji, istilik və yüngül qidalarla ödənişsiz təmin olunurlar.

SOCAR Ukraynanın digər vilayətlərindəki bütün obyektlərində də bu kimi nöqtələri tezliklə istifadəyə verməyi planlaşdırır.

Bunlar ümumi olaraq dözümlülük məntəqələri adlandırılır. Buna səbəb Kiyev başda olmaqla Ukraynanın əksər vilayətlərində sərt şaxtalar fonunda kəskin enerji və istilik çatışmazlığı səbəbindən həyatın dözülməz vəziyyətdə olmasıdır.

Kiyev sakinləri sözügedən təşəbbüs barədə təəssüratlarını bölüşərək Azərbaycana təşəkkürlərini bildiriblər.

“SOCAR-ın bu humanist addımı soyuqdan əziyyət çəkən insanlar üçün bir ümid yeridir. Burada rahat qidalana və isinə bilirik. Bu təşəbbüs həm dövlətlərimiz, həm də xalqlarımız arasında mövcud olan münasibətlərin səmimiyyətindən və möhkəmliyindən xəbər verir”, – deyə Nadejda Mixaylova söyləyib.

Manatla bağlı vacib açıqlama | "Dolların məzənnəsinin dəyişməsinə görə..." - Baku TV

Manatla bağlı vacib açıqlama | "Dolların məzənnəsinin dəyişməsinə görə..." - Baku TV

İqtisadiyyat
06 февраля 2026 84 просмотров
SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları beynəlxalq mükafata layiq görüldü - Baku TV

SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları beynəlxalq mükafata layiq görüldü - Baku TV

İqtisadiyyat
06 февраля 2026 84 просмотров
"SOCAR AQŞ" Türkiyədəki biznesini genişləndirib | Yeni planlar açıqlandı - Baku TV

"SOCAR AQŞ" Türkiyədəki biznesini genişləndirib | Yeni planlar açıqlandı - Baku TV

İqtisadiyyat
05 февраля 2026 84 просмотров
Səmərəliliyi qorumaq üçün bütün imkanlar nəzərdən keçirilir - Baku TV

Səmərəliliyi qorumaq üçün bütün imkanlar nəzərdən keçirilir - Baku TV

İqtisadiyyat
05 февраля 2026 84 просмотров
2026-cı il üçün iqtisadi artımla bağlı gözləntilər necədir? - Baku TV

2026-cı il üçün iqtisadi artımla bağlı gözləntilər necədir? - Baku TV

İqtisadiyyat
04 февраля 2026 84 просмотров
Banklara pul qoyanların sayı nə qədər artıb?

Banklara pul qoyanların sayı nə qədər artıb?

İqtisadiyyat
04 февраля 2026 84 просмотров
Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti necə dəyişib?

Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti necə dəyişib?

İqtisadiyyat
04 февраля 2026 84 просмотров
Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb

Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb

İqtisadiyyat
04 февраля 2026 84 просмотров
Taleh Kazımovdan fiziki şəxslərə verilən kreditlərlə bağlı açıqlama

Taleh Kazımovdan fiziki şəxslərə verilən kreditlərlə bağlı açıqlama

İqtisadiyyat
04 февраля 2026 84 просмотров
"Bunları etmək yolverilməzdir!" | Sahibkarlar daha bir il yoxlanılmayacaq? - Baku TV

"Bunları etmək yolverilməzdir!" | Sahibkarlar daha bir il yoxlanılmayacaq? - Baku TV

İqtisadiyyat
04 февраля 2026 84 просмотров
Выбранные
icon