"Qərbi Abşeron" yatağında ən yüksək göstərici qeydə alındı - Baku TV
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında şirkətin “Kompleks qazma işləri” tresti 2026-cı ilin plan-qrafikinə uyğun olaraq növbəti qazma əməliyyatı həyata keçirərək 2025-ci ildə əldə etdiyi rekordu yeniləyib.
“Kompleks qazma işləri” trestinin yaydığı məlumata görə, “Qərbi Abşeron” yatağında yerləşən 28a saylı yan lülə quyusu 522 metr olmaqla SOCAR tarixində bu günədək ən uzun horizontal açıq lülə ilə tamamlanan quyu kimi qeydə alınıb.
Bundan əvvəlki rekord göstərici 515 metr olmaqla 2025-ci ilin sonlarında eyni yataqda qazılmış 25a saylı quyuda qeydə alınıb.
Quyuda qazma prosesi Geoloji Xidmətin təqdim etdiyi faktiki karotaj məlumatları əsasında və verilmiş tapşırıqlara uyğun olaraq geonaviqasiya müşayiəti xidməti formatında həyata keçirilib.
