Slovakiya Azərbaycanla uzunmüddətli əməkdaşlığa hazırlaşır? - Bu tarixdən... - Baku TV
Slovakiya növbəti ildən etibarən Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almağı planlaşdırır.
“Report” Slovakiya mediasına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Denisa Sakova Şuşada Azərbaycan tərəfi ilə danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinə təbii qazın tədarükü üzrə beş və onillik müqavilələr təklif edir.
Nazir bildirib ki, söhbət 2027-ci ildən sonra, artıq Rusiyadan qaz idxal edilməyəcəyi dövrdə Azərbaycandan ildə təxminən 1,2 milyard kubmetr qaz tədarükündən gedir.
O qeyd edib ki, Bakıda Slovakiyanın SPP qaz şirkətinin nümayəndələrinin iştirakı ilə SOCAR-ın rəhbərliyi ilə danışıqlar aparacaq.
Denisa Sakova vurğulayıb ki, Slovakiya uzunmüddətli əməkdaşlıqda maraqlıdır, öz texnologiyalarını və təcrübəsini Azərbaycana təklif etməyə hazırdır.
