Выбрать плеер:

Türk lirəsinin ucuzlaşması Azərbaycan-Türkiyə ticarətinə təsir göstərə bilər? - Baku TV

23 мая 2026 82 просмотров

Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsinin ucuzlaşması indiyədək qeydə alınan ən yüksək həddə çatıb.

“Bloomberg”in məlumatına görə, rəsmi Ankara lirənin məzənnəsini qorumaq üçün təxminən 14 milyard dollar dəyərində ABŞ xəzinədarlıq istiqrazlarını sataraq portfelini cəmi 1,6 milyard dollara endirib. Bundan əvvəl isə eyni məqsədlə ölkənin qızıl ehtiyatlarının bir hissəsi satışa çıxarılıb.

Bu fonda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı may ayında 2026-cı il üçün inflyasiya proqnozunu 16 %-dən 24 %-ə qaldırıb.

Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Türkiyədəki inflyasiya Azərbaycana bu ölkədən idxal olunan məhsulların qiymətinə də birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycandakı inflyasiyada Türkiyədəki bahalaşmanın da payı var:

“Türkiyədə hazırkı vəziyyət fərqlidir. Əvvəllər məzənnəni sürətlə ucuzlaşdırırdılar və nəticə etibarilə inflyasiya türk məhsullarının ixracda rəqabət qabiliyyətinə problem yaratmırdı. Lakin sonradan məzənnəni ucuzlaşdırmaqla ixracı və yerli istehsalı stimullaşdırmaq siyasəti ciddi fəsadlara yol açdı. Türkiyə lirəsinin il ərzində dəfələrlə ucuzlaşması ölkə iqtisadiyyatına investisiya axınını blokladı və ciddi maliyyə spekulyasiyalarına gətirib çıxardı. İndi Türkiyə 2020–2023-cü illərdəki problemi tam tərsinə çevirmək, yəni lirənin ucuzlaşma sürətini əhəmiyyətli dərəcədə aşağı salmaq istəyir. Düzdür, lirənin bir il ərzində 18 % ucuzlaşması kiçik rəqəm kimi görünməyə bilər. Amma nəzərə alaq ki, bir neçə il əvvəl bu ucuzlaşma il ərzində 150–200 faizi keçirdi”.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanın Türkiyəyə ixracı 4,9 %, bu ölkədən idxalı isə 5,7 % azalıb.

Скопировано
İlham Əliyev regional inkişaf proqramlarının əhəmiyyətindən danışıb - Baku TV

İlham Əliyev regional inkişaf proqramlarının əhəmiyyətindən danışıb - Baku TV

İqtisadiyyat
25 мая 2026 82 просмотров
Ermənistan üçün tarixi şans | İrəvanın İrana və körfəzə çıxışı - Baku TV

Ermənistan üçün tarixi şans | İrəvanın İrana və körfəzə çıxışı - Baku TV

İqtisadiyyat
25 мая 2026 82 просмотров
"Azəri-Çıraq-Günəşli" həm də qaz yatağı olacaq? - Bu tarixə qədər... - Baku TV

"Azəri-Çıraq-Günəşli" həm də qaz yatağı olacaq? - Bu tarixə qədər... - Baku TV

İqtisadiyyat
22 мая 2026 82 просмотров
Gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb - Baku TV

Gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb - Baku TV

İqtisadiyyat
22 мая 2026 82 просмотров
SOCAR-da struktur rəhbərləri ilə görüş keçirilib - Baku TV

SOCAR-da struktur rəhbərləri ilə görüş keçirilib - Baku TV

İqtisadiyyat
21 мая 2026 82 просмотров
"SOCAR Karbamid" zavodu bu il nə qədər məhsul istehsal edib? - Baku TV

"SOCAR Karbamid" zavodu bu il nə qədər məhsul istehsal edib? - Baku TV

İqtisadiyyat
21 мая 2026 82 просмотров
Azərbaycan ilə Esvatini arasında enerji sektorunda əməkdaşlıq imkanları nəzərdən keçirilib - Baku TV

Azərbaycan ilə Esvatini arasında enerji sektorunda əməkdaşlıq imkanları nəzərdən keçirilib - Baku TV

İqtisadiyyat
20 мая 2026 82 просмотров
Gürcüstanlı nazir Bakı-Supsa kəmərinin bərpası ilə bağlı açıqlama verdi - Baku TV

Gürcüstanlı nazir Bakı-Supsa kəmərinin bərpası ilə bağlı açıqlama verdi - Baku TV

İqtisadiyyat
20 мая 2026 82 просмотров
SOCAR-ın strateji hədəfləri və enerji layihələri | Mühüm görüşlə bağlı detallar - Baku TV

SOCAR-ın strateji hədəfləri və enerji layihələri | Mühüm görüşlə bağlı detallar - Baku TV

İqtisadiyyat
19 мая 2026 82 просмотров
"Yeni şəhər yaranacaq" | Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasından danışdı - Baku TV

"Yeni şəhər yaranacaq" | Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasından danışdı - Baku TV

İqtisadiyyat
19 мая 2026 82 просмотров
Выбранные
icon