Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

18 ноября 2025 672 просмотров

"Global Media Group"a daxil olan Baku TV və Report İnformasiya Agentliyi Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – “Xabar” Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb. Sənəd 2025-ci il 18 noyabr tarixində Qazaxıstanın Astana şəhərində imzalanıb.

Memorandumu Baku TV-nin direktoru Ramin Cəfərov, Report İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və “Xabar” Agentliyinin İdarə Heyətinin sədri Kəməlbək  Oyşıbayev imzalayıblar. Mərasimdə “Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov iştirak ediblər.

Səfir Ağalar Atamoğlanov çıxışında bu əməkdaşlığın regionda informasiya əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, media sahəsində koordinasiyanın güclənməsi Qazaxıstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinə əlavə dinamizm qatacaq.

Kəməlbək Oyşıbayev çıxışında qeyd edib ki, “Xabar” Agentliyi Azərbaycan media qurumları ilə tərəfdaşlığı strateji əməkdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi görür:

“Birgə fəaliyyətimiz həm xəbərin hazırlanması prosesində yeni texnoloji imkanların paylaşılmasına, həm də informasiya məhsullarının mübadiləsində daha geniş imkanların açılmasına şərait yaradacaq. Bu müqavilə qarşılıqlı etimadın və davamlı əməkdaşlığın göstəricisidir”.

“Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov çıxışında bildirib ki, Baku TV və Report İnformasiya Agentliyinin Qazaxıstanla qurduğu bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya informasiya məkanında yeni sinerji yaradır:

“Bu tərəfdaşlıq yalnız kontent mübadiləsi deyil, həm də iki ölkənin aparıcı media institutları arasında peşəkar standartların genişlənməsi deməkdir. Qarşılıqlı fəaliyyətin praktik nəticələri yaxın zamanda daha aydın görünəcək”.

Memorandum televiziya və informasiya sahəsində birgə layihələrin icrasını, xəbərlərin hazırlanmasında təcrübə mübadiləsini, kontent axınının genişləndirilməsini və yeni media formatlarının inkişafını nəzərdə tutur.

Baku TV-nin regiondakı əməkdaşlıq xətti ötən ay Özbəkistanın “Özbəkistan 24” kanalı ilə imzalanmış memorandumla başlamışdı. Qazaxıstanın “Xabar” Agentliyi ilə əldə olunan yeni razılaşma isə bu istiqamətin davamı olaraq, Mərkəzi Asiyada informasiya əməkdaşlığının daha geniş miqyasda inkişafına xidmət edir.

Скопировано
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

Press reliz
23 июля 2026 672 просмотров
Tarixi nailiyyət: GL Group ABŞ-də 4 neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

Tarixi nailiyyət: GL Group ABŞ-də 4 neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

Press reliz
23 июля 2026 672 просмотров
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 июля 2026 672 просмотров
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 мая 2026 672 просмотров
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 апреля 2026 672 просмотров
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 апреля 2026 672 просмотров
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 апреля 2026 672 просмотров
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 марта 2026 672 просмотров
Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Press reliz
18 февраля 2026 672 просмотров
Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Press reliz
30 декабря 2025 672 просмотров
Выбранные
icon