Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

30 декабря 2025 608 просмотров

2025-ci il Baku TV üçün peşəkar jurnalistika, beynəlxalq əməkdaşlıqlar və rəqəmsal göstəricilərin güclənməsi baxımından əlamətdar olub.

Global Media Group-un üzvü olan Baku TV il ərzində operativ xəbərçilik, obyektiv yanaşma və məsuliyyətli jurnalistika prinsiplərinə sadiq qalaraq ölkə daxilində və beynəlxalq media mühitində mövqeyini daha da möhkəmləndirib.

Hesabat dövründə Baku TV-də beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi uğurla yekunlaşıb. Kanalda keçirilən audit zamanı ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə tətbiq olunan idarəetmə mexanizmlərinin beynəlxalq tələblərə uyğunluğu, funksionallığı və davamlılığı bir daha təsdiqlənib.

2025-ci il Baku TV üçün beynəlxalq media əməkdaşlıqlarının genişləndirilməsi baxımından mühüm mərhələ olub. İl ərzində Baku TV Qazaxıstan və Özbəkistanın aparıcı media qurumları ilə əməkdaşlıq memorandumləri imzalayıb. Bu tərəfdaşlıqlar beynəlxalq informasiya mübadiləsinin genişləndirilməsinə və regional media əlaqələrinin inkişafına xidmət edib.

İl ərzində Baku TV-nin fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media sahəsində göstərilən xidmətlərə görə Baku TV-nin bir sıra əməkdaşları “Tərəqqi” medalı və “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunublar.

2025-ci ildə Los-Ancelesdə keçirilən beynəlxalq film müsabiqəsində qalib olan “Söz” qısametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. Bununla yanaşı, Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” filmi “Qızıl Pəri 2025” Kino Mükafatına layiq görülüb.

Baku TV il ərzində sosial məsuliyyət və dayanıqlı inkişafistiqamətində də fəallıq göstərərək bir sıra ekoloji tədbirlər, o cümlədən təmizlik aksiyaları və yaşıllaşdırma təşəbbüslər ihəyata keçirib. Baku TV-nin ən önəmli Korporativ Sosial Məsuliyyət layihələrindən biri olan Rəqəmsal Media Məktəbi çərçivəsində il ərzində 50-dən çox gənc təlimlərdə iştirak edib. Layihə gənclərin peşəkar mediaya hazırlanmasına və müasir jurnalistika standartlarına uyğun kadr potensialının formalaşdırılmasına yönəlib.

Rəqəmsal platformalar üzrə göstəricilər 2025-ci ildə də Baku TV-nin lider mövqeyini qoruduğunu nümayiş etdirib. Ötən ildə olduğu kimi, bu il də YouTube platformasında Baku TV-nin ümumi baxış sayı bir milyardı ötüb, abunəçi sayı isə 2.500.000-dən artıqdır. Bu da kanalın regionun ən çox izlənilən xəbər və informasiya platformalarından biri kimi mövqeyini möhkəmləndirib.

Скопировано
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 апреля 2026 608 просмотров
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 апреля 2026 608 просмотров
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 марта 2026 608 просмотров
Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Press reliz
18 февраля 2026 608 просмотров
Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Press reliz
29 декабря 2025 608 просмотров
“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

Press reliz
18 декабря 2025 608 просмотров
"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib

"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib

Press reliz
17 декабря 2025 608 просмотров
Baku TV Rəqəmsal Media Məktəbində 9-cu qrup məzunlarına sertifikatlar təqdim olunub

Baku TV Rəqəmsal Media Məktəbində 9-cu qrup məzunlarına sertifikatlar təqdim olunub

Press reliz
16 декабря 2025 608 просмотров
Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Press reliz
05 декабря 2025 608 просмотров
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

Press reliz
19 ноября 2025 608 просмотров
Выбранные
icon