Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

21 августа 2026 266 просмотров

17-21 avqust 2026-cı il tarixlərində Özbəkistan Milli Teleradio şirkətinin (O'zbekiston Milliy Teleradiokompaniyasi) nümayəndə heyəti “Global Media Group”a daxil olan “Baku TV”də nəzəri və praktiki təlim proqramında iştirak edib.

Səfərin əsas məqsədi “Baku TV”nin media istehsalı, rəqəmsal platformaların idarə edilməsi və məzmun strategiyası sahəsindəki təcrübəsini öyrənmək və tətbiq etmək olub.

Proqram çərçivəsində qonaqlar rəqəmsal platformaların strateji idarə olunması, media məzmununun istehsal prosesləri, süni intellekt texnologiyalarının tətbiqi, brendinq və vizual standartlar kimi mövzularda “Baku TV”nin mütəxəssisləri ilə görüşlər və konsultasiyalar keçiriblər.

Qeyd edək ki, “Baku TV” ilə Özbəkistanın “Özbəkistan 24” telekanalı arasında 2025-ci ilin oktyabr ayında Daşkənddə əməkdaşlıq memorandumu imzalanıb. Cari səfər həmin sənədlə nəzərdə tutulan təcrübə mübadiləsinin davamı kimi baş tutub.

Təlim proqramı iki qardaş ölkənin media sahəsindəki əlaqələrinin növbəti təzahürü olaraq təcrübə mübadiləsi əsasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutub. “Baku TV”nin rəqəmsal platformalardakı uğurları və məzmun istehsalı təcrübəsi əsasında əldə edilən biliklərin təlim iştirakçılarının öz fəaliyyətlərində tətbiq olunması nəzərdə tutulur.

Xatırladaq ki, “Baku TV”nin Qazaxıstanın “Xabar” Agentliyi və Çinin “CCTV+” agentliyi ilə də əməkdaşlıq memorandumları mövcuddur və beynəlxalq tərəfdaşlıq çərçivəsində işlər bundan sonra da davam etdiriləcək.

“Baku TV” 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən aparıcı televiziya kanalıdır. Kanal Azərbaycan və dünyada baş verən aktual xəbərləri, analitik və müəllif proqramlarını, canlı yayımları müxtəlif dillərdə izləyicilərə çatdırır.

“Baku TV” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.baku.tv veb-saytına və kanalın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | YouTube | TikTok) müraciət edə bilərsiniz.

Скопировано
“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

Press reliz
04 сентября 2026 266 просмотров
Baku TV-dən 4 milyardlıq rekord!

Baku TV-dən 4 milyardlıq rekord!

Press reliz
01 сентября 2026 266 просмотров
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 июля 2026 266 просмотров
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 мая 2026 266 просмотров
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 апреля 2026 266 просмотров
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 апреля 2026 266 просмотров
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 апреля 2026 266 просмотров
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 марта 2026 266 просмотров
Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Press reliz
18 февраля 2026 266 просмотров
Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Press reliz
30 декабря 2025 266 просмотров
Выбранные
icon