"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

14 мая 2026 459 просмотров

"Global Media Group" 13 may 2026-cı il tarixində BMT-nin Qlobal Sazişi (UN Global Compact), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT-nin Azərbaycandakı ofisi ilə birgə "Global Media Group"a daxil olan media şirkətlərinin əməkdaşları üçün "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda təqdimat və müzakirə sessiyası təşkil edib.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində təşkil olunan tədbir media nümayəndələrinə dayanıqlı və yaşıl yaşayış mühiti, tikinti sektoru və şəhərsalma ilə bağlı anlayışlar, terminologiya və prioritetlər haqqında dərin biliklər qazandırmağı hədəfləyib.

Sessiyada BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin rəhbəri xanım Kanako Mabuçi tədbirin əhəmiyyətindən, medianın şəhərsalma davamlılığı ilə bağlı ictimai anlayışın formalaşmasındakı rolundan danışıb. BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı Ölkə Proqramının rəhbəri xanım Anna Soave "dayanıqlı yaşayış mühiti" anlayışının mahiyyəti, "yaşıl", "enerji səmərəliliyi" və "dayanıqlı tikinti" terminləri arasındakı fərqlər barədə təqdimat edib. Həmin qurumun regionlararası məsləhətçisi xanım Katya Şefer isə enerji səmərəliliyi, şəhər dayanıqlılığı, ağıllı şəhərlər və "greenwashing” (yaşıl yuyulma) risklərinə həsr olunmuş mövzularında çıxış edib.

BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə nümayəndəsi Samir Məmmədov Azərbaycanın Tikilmiş Mühit Proqramı və Dekarbonlaşdırma Öhdəliyi barədə məlumat verərək, biznesin dayanıqlılığa investisiya qoymasının səbəblərini və dayanıqlı tikintinin rəqabətqabiliyyətlilik amili kimi əhəmiyyətini açıqlayıb.

Tədbirin yekununda "Global Media Group"un Marketinq və Kommunikasiya Departamentinin rəhbəri xanım Laura Seyidbəyova qeyd edib ki, dayanıqlı inkişaf mövzularının medianın gündəliyində layiqli yer tutması cəmiyyətdə düzgün anlayışın formalaşması üçün əsas şərtdir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində bu cür təşəbbüslər xüsusi əhəmiyyət daşıyır və jurnalistlərə qlobal dayanıqlılıq və urbanizasiya gündəliyini Azərbaycan kontekstində düzgün təqdim etmək imkanı verir. Laura Seyidbəyova həmçinin media və dayanıqlılıq sahəsindəki maraqlı tərəflər arasında davamlı əməkdaşlıq imkanlarını qiymətləndirib.

Qeyd edək ki, "Global Media Group" 2024-cü il oktyabrın 9-da BMT-nin Qlobal Sazişi ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən, tərəflər dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirir. Media sektorunun dayanıqlı inkişafı "Global Media Group"un Korporativ Sosial Məsuliyyət çərçivəsində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib və bu sahədə sistemli proqramlar ardıcıl şəkildə icra olunur.

Скопировано
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

Press reliz
23 июля 2026 459 просмотров
Tarixi nailiyyət: GL Group ABŞ-də 4 neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

Tarixi nailiyyət: GL Group ABŞ-də 4 neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

Press reliz
23 июля 2026 459 просмотров
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 июля 2026 459 просмотров
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 апреля 2026 459 просмотров
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 апреля 2026 459 просмотров
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 апреля 2026 459 просмотров
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 марта 2026 459 просмотров
Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Press reliz
18 февраля 2026 459 просмотров
Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Press reliz
30 декабря 2025 459 просмотров
Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Press reliz
29 декабря 2025 459 просмотров
Выбранные
icon