“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

04 сентября 2026 203 просмотров

Korporativ sosial məsuliyyət prinsiplərini fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən “Global Media Group” cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən humanitar layihələrə dəstəyini ardıcıl olaraq davam etdirir.

Media şirkətlər qrupu bu siyasətin tərkib hissəsi olaraq, Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən icra edilən “Talassemiyasız həyat naminə” proqramına yenidən öz töhfəsini verib.

Ötən ilin dekabrında keçirilən analoji təşəbbüsün davamı olaraq, 4 sentyabr 2026-cı il tarixində “Report” İnformasiya Agentliyinin ofisində növbəti könüllü qanvermə aksiyası reallaşdırılıb. Tədbirdə qrupa daxil olan media şirkətlərinin əməkdaşları fəal iştirak edərək bu xeyirxah təşəbbüsə qoşulublar.

Aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün donor qanı ehtiyatının artırılmasına kömək etmək, eyni zamanda, cəmiyyətdə yardımlaşma və həmrəylik mədəniyyətini təşviq etməkdir.

Fəaliyyətində yalnız media sahəsindəki layihələrlə kifayətlənməyən “Global Media Group” bu kimi xeyriyyəçilik addımları ilə ictimai rifaha töhfə vermək öhdəliyini bir daha nümayiş etdirib. Şirkət analoji sosial və humanitar təşəbbüslərin gələcəkdə də mütəmadi olaraq keçirilməsini planlaşdırır.

“Global Media Group” haqqında: “Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.  

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

Скопировано
Baku TV-dən 4 milyardlıq rekord!

Baku TV-dən 4 milyardlıq rekord!

Press reliz
01 сентября 2026 203 просмотров
Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Press reliz
21 августа 2026 203 просмотров
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 июля 2026 203 просмотров
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 мая 2026 203 просмотров
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 апреля 2026 203 просмотров
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 апреля 2026 203 просмотров
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 апреля 2026 203 просмотров
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 марта 2026 203 просмотров
Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Press reliz
18 февраля 2026 203 просмотров
Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Press reliz
30 декабря 2025 203 просмотров
Выбранные
icon