Baku TV Rəqəmsal Media Məktəbində 9-cu qrup məzunlarına sertifikatlar təqdim olunub

16 декабря 2025 157 просмотров

Baku TV-nin Korporativ Sosial Məsuliyyət layihəsi olan Baku TV Rəqəmsal Media Məktəbində bu gün 9-cu qrupun məzunlarına sertifikatlar təqdim edilib.

Tədbir çərçivəsində çıxış edən Baku TV-nin Baş redaktoru Turan İbrahimov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Rəqəmsal Media Məktəbi gənclərin peşəkar mediaya hazırlanması, praktik bilik və bacarıqlar qazanması və müasir jurnalistika standartlarına uyğun kadr potensialının formalaşdırılması baxımından mühüm platformadır.

O vurğulayıb ki, bu təşəbbüs gənclərin media sahəsinə marağının artırılmasına və onların peşəkar mühitə inteqrasiyasına töhfə verir.

Qeyd edək ki, Baku TV Rəqəmsal Media Məktəbində tədris 4 ay davam edir və jurnalistika, sosial media və texniki bacarıqlar üzrə nəzəri və praktiki təlimləri, eləcə də praktik təcrübə mərhələsini əhatə edir.

Təlimlər çərçivəsində tələbələrə diksiya, aparıcılıq sənəti, televiziya jurnalistikası, PR, ekstremal, idman və siyasi jurnalistika, media qanunvericiliyi və peşə etikası, siyasi proseslər və geopolitik tendensiyalar, ünsiyyət növləri və üsulları, emosional intellekt, eləcə də televiziyanın iş prinsipi, foto və video çəkilişi, videomontajın əsasları və canlı yayım texnologiyaları üzrə biliklər aşılanır.

Tədris müddətində yüksək nəticə göstərən məzunlar Baku TV və Global Media Group-un tərkibində fəaliyyət göstərən media qurumlarında işlə təmin olunurlar, eyni zamanda layihənin uğuru nəticəsində məzunlara digər televiziya kanalları, aparıcı xəbər saytları və mətbuat xidmətləri tərəfindən də maraq göstərilir.

Proqram Baku TV-nin təcrübəli əməkdaşları və ölkə miqyasında tanınmış media mütəxəssisləri tərəfindən həyata keçirilir.

Скопировано
“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

Press reliz
18 декабря 2025 157 просмотров
"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib

"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib

Press reliz
17 декабря 2025 157 просмотров
Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Press reliz
05 декабря 2025 157 просмотров
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

Press reliz
19 ноября 2025 157 просмотров
Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
18 ноября 2025 157 просмотров
Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Press reliz
03 ноября 2025 157 просмотров
Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
17 октября 2025 157 просмотров
Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir

Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir

Press reliz
08 октября 2025 157 просмотров
Dəniz Tacəddin Baku TV-nin “Yeni Bir Səhər” proqramında aparıcı kimi fəaliyyətə başlayıb

Dəniz Tacəddin Baku TV-nin “Yeni Bir Səhər” proqramında aparıcı kimi fəaliyyətə başlayıb

Press reliz
01 октября 2025 157 просмотров
Turan İbrahimov Baku TV-nin baş redaktoru təyin olundu

Turan İbrahimov Baku TV-nin baş redaktoru təyin olundu

Press reliz
23 сентября 2025 157 просмотров
Выбранные