ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.
Ermənistanın “Aysor” nəşrinin yaydığı xəbərdə bildirilir ki, N.Paşinyan Milli Assambleyada 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı çıxış edərək Azərbaycan–Ermənistan münaqişəsinin başa çatdığını və 2026-cı il seçkilərində Ermənistan xalqının sülhü müdafiə etdiyini deyib.
Baş nazirin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması artıq ölkənin iqtisadi inkişafına yeni təkan verib.
Rusiya ümid edir ki, ABŞ ilə İran arasında uzunmüddətli barışıq Xəzəryanı dövlətlərin beştərəfli formatda tam işini bərpa etməyə imkan verəcək.
TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
“İran münaqişəsi beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərib, o cümlədən bu, Xəzər regionunda da hiss olunub. Ümid edirik ki, ən yaxın vaxtda münaqişə tərəflərinin əldə olunmuş razılaşmaları imzalandıqdan sonra Xəzəryanı dövlətlər – İran, Qazaxıstan, Türkmənistan, Rusiya və Azərbaycan beştərəfli formatda bundan əvvəl Xəzərdə planlaşdırılmış birgə addımların həyata keçirilməsini davam etdirə bilərlər”, – deyə o bildirib.
Тег #Ermənistan используется
- Ermənistanın son etdikləri Rusiyanı özündən çıxardı - Baku TV CANLI
- Ermənistanda seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətə baxılacaq - Baku TV CANLI
- İrəvan müdafiə adı altında hansı ssenariyə hazırlaşır? | Fransa ilə şübhəli ittifaq - HƏRBİ XRONİKA
- Azərbaycandan Ermənistana 17 vaqon yola salındı - Baku TV CANLI
- Azərbaycandan Ermənistana 17 vaqon yola salındı - Baku TV
