Выбрать плеер:

İlham Əliyev və İordaniya Parlamentinin sədri nələri müzakirə etdi? - Baku TV

21 июня 2026 130 просмотров

Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu deyərək ölkələrimizin hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğulayıb, siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçiriləcək 20-ci Sessiyasında Mazen Torki Saud Əl-Qadinin iştirak etməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun bu səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğulayıb, eyni zamanda ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını deyib.

Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlığını bildirən qonaq bunu Azərbaycanla İordaniya arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirib.

O, Azərbaycan Prezidentinin və İordaniya Kralının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etməsini məmnunluqla vurğulayıb.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa, həmçinin ərəb və İslam dünyasını narahat edən məsələlərə həmişə böyük diqqətlə yanaşdığını, islam həmrəyliyini daim dəstəklədiyini vurğulayan Mazen Torki Saud Əl-Qadi ölkəmizin Fələstin məsələsində tutduğu birmənalı və ədalətli mövqeyin yüksək qiymətləndirildiyini deyib.

Скопировано
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

Siyasət
23 июня 2026 130 просмотров
Qərb niyə Bakı ilə sülh sazişini deyil, sərhədin açılmasını önə çəkir? - AKTUAL GÜNDƏM

Qərb niyə Bakı ilə sülh sazişini deyil, sərhədin açılmasını önə çəkir? - AKTUAL GÜNDƏM

Siyasət
23 июня 2026 130 просмотров
Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Siyasət
23 июня 2026 130 просмотров
Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Siyasət
23 июня 2026 130 просмотров
ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 июня 2026 130 просмотров
AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

Siyasət
22 июня 2026 130 просмотров
Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Siyasət
22 июня 2026 130 просмотров
Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Siyasət
22 июня 2026 130 просмотров
Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Siyasət
22 июня 2026 130 просмотров
Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Siyasət
22 июня 2026 130 просмотров
Выбранные
icon