Выбрать плеер:
Prezident İlham Əliyev Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışdı - Baku TV
“İslam İnkişaf Bankı Qrupunun 2010-cu ildə keçirdiyi İllik Toplantısından sonra biz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə olmuşuq”.
Bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı söyləyib.
“Ən sonuncular sırasında əla nəticələrlə seçilən 2024-cü ildə keçirilmiş uğurlu COP29 tədbirini qeyd etmək istərdim. Eyni zamanda böyük beynəlxalq toplantılardan olan Ümumdünya Şəhərsalma Forumu ötən ay Azərbaycanda uğurla keçirilmişdir. Bir çox digər tədbirlər də gözlənilir. Bir sözlə bu, fəaliyyətimizin şaxələndirilmiş gündəliyini bir daha göstərir”, – deyə dövlət başçısı qeyd edib.
Скопировано
