Выбрать плеер:
Azərbaycan üzərindən Ermənistana 500 tona yaxın buğda daşındı - Baku TV
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb.
Bu dəfə vaqonlarla 500 tona yaxın buğda daşınıb. Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit keçməklə 7 vaqonda ümumilikdə 490 ton buğda göndərilib.
Qatar Biləcəri stansiyasından yola düşüb və Böyük Kəsik stansiyası vasitəsilə Gürcüstana keçəcək. Oradan isə hərəkətini Ermənistan istiqamətində davam etdirəcək.
Скопировано
