Выбрать плеер:
Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günü böyük maraq doğurub - Baku TV
Bakıda Şimali Kiprin Mədəniyyət Günü təşkil olunub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən Mədəniyyət Gününün açılışında Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel və rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə Şimali Kiprin milli-mədəni irsi, incəsənəti, musiqisi, rəqsləri, mətbəxi və turizm potensialını əks etdirən stendlər təqdim olunub.
Скопировано
