Выбрать плеер:
ABŞ lideri İlham Əliyev və Nikol Paşinyan haqqında danışdı - Baku TV
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb.
O bu barədə Vaşinqtonda çıxışı zamanı bildirib.
ABŞ lideri bir sıra münaqişələrin tənzimlənməsindəki rolunu yenidən xatırladıb.
"Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran və Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam", – deyə Tramp qeyd edib.
"Həqiqətən, iki yaxşı lider. Onların bildiyi tək şey mübarizə idi. Uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik", – deyə Tramp Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişdən danışarkən vurğulayıb.
Скопировано
