Siyasət
Выбрать плеер:

ABŞ-nin Bakıdan istədiyi, əslində, budur | Rusiyalı ekspertdən şərh

28 июня 2024

ABŞ Azərbaycanı öz tərəfinə çəkməyə çalışır. Vaşinqton Ermənistana təsir edib, hətta onu oyuncaq edə bildiyi halda Azərbaycana qarşı eyni siyasəti tətbiq edə bilməyəcəyindən narahatdır.

Bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Bakı”ya müsahibəsində ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıya səfərini şərh edərkən deyib.

“Təbii ki, ABŞ Dövlət katibinin köməkçisinin Bakıya səfəri Vaşinqtonun Azərbaycana hansısa yolla təsir etmək üçün növbəti cəhdi olacaq. Təzyiq yolu ilə deyilsə, iqtisadi təkliflərlə. ABŞ Azərbaycanı Mərkəzi Asiyadan malların daşınması üçün əla bir məntəqə kimi görür.

ABŞ hər şeyi elə təqdim edir ki, guya onlar həqiqətən, Cənubi Qafqazda sülh, Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əməkdaşlıq istəyir. ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Vaşinqton sülh sazişinin imzalanmasına öz maraqlarına xidmət edəcək imkan kimi baxır.

ABŞ Ermənistan-Azərbaycan məsələsində ikili oyun oynayır. Gah Azərbaycanı tənqid edir, gah da Bakıya münasibətləri yeniləməyi təklif edir, eyni zamanda Ermənistanla birgə hərbi əməkdaşlıq barədə razılığa gəlir, təlimatçılarını göndərir”, – o bildirib.

A.Fenenko Qərbin Azərbaycandakı vəziyyəti daxildən sarsıdan ssenarisinin mümkünlüyünü qeyri-real hesab edir:

“Rəngli inqilab təşkil etmək üçün güclü müxalifət lazımdır. Qeyd edək ki, rəngli inqilablar olan yerdə güclü millətçi müxalifət var idi. Halbuki Azərbaycanın çox güclü, qüdrətli hökuməti var. Azərbaycanın Qarabağda qələbəsindən sonra hakimiyyət əleyhinə hansı hərəkat ola bilər? Heç bir.

ABŞ Bakıya təzyiq edə bilməyəcək. Bundan əlavə, Amerika nümayəndəsinin Bakıda danışıqlar aparmaq üçün ölkəyə səfəri və üstəlik, Vaşinqtonun tamamilə fərqli məqsədləri əhatə etsə də, Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istəyi, əslində, Ermənistana bir nümayişdir ki, İrəvan tam şəkildə Rusiyaya qarşı getməsə, o zaman Qərb tərəfdaşları ona verdiyi vədləri yerinə yetirməyi gecikdirə və ya bəzi məsələlərdə Azərbaycanın tərəfini tuta bilər. Amma bütün bunlar təbii ki, siyasi taktika və oyundur”.

Скопировано
Müdafiə Nazirliyi Rusiya dənizçiləri ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi Rusiya dənizçiləri ilə bağlı məlumat yaydı

Siyasət
30 июня 2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada qeyri-rəsmi zirvə toplantısına qatılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada qeyri-rəsmi zirvə toplantısına qatılacaq

Siyasət
30 июня 2024
Seçkiləri hansı beynəlxalq təşkilatlar müşahidə edəcək? | MSK açıqladı

Seçkiləri hansı beynəlxalq təşkilatlar müşahidə edəcək? | MSK açıqladı

Siyasət
29 июня 2024
Şorca Alban məbədləri və onların üzərindəki yazılar saxtalaşdırılıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Şorca Alban məbədləri və onların üzərindəki yazılar saxtalaşdırılıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
29 июня 2024
Məzahir Pənahov seçkilərə hazırlıqdan danışdı

Məzahir Pənahov seçkilərə hazırlıqdan danışdı

Siyasət
29 июня 2024
MSK sədrindən siyasi partiyalarla bağlı mühüm açıqlama

MSK sədrindən siyasi partiyalarla bağlı mühüm açıqlama

Siyasət
29 июня 2024
Azad edilmiş torpaqlarda keçirilən seçkilərdə narazılıq olub? | MSK-dan açıqlama

Azad edilmiş torpaqlarda keçirilən seçkilərdə narazılıq olub? | MSK-dan açıqlama

Siyasət
29 июня 2024
Gürcüstanda müəmmalı görüş | Rusiyalı politoloqdan iddialı açıqlama

Gürcüstanda müəmmalı görüş | Rusiyalı politoloqdan iddialı açıqlama

Siyasət
29 июня 2024
Bakı ilə bağlı vacib məsələ | Mirzoyanın Xorvatiyaya səfərinin məqsədi

Bakı ilə bağlı vacib məsələ | Mirzoyanın Xorvatiyaya səfərinin məqsədi

Siyasət
29 июня 2024
Abramyan Paşinyana od püskürdü | Ermənistan üçün əsas təhlükə…

Abramyan Paşinyana od püskürdü | Ermənistan üçün əsas təhlükə…

Siyasət
29 июня 2024
Выбранные
icon