Выбрать плеер:

Ararat Mirzoyan region ölkələri ilə münasibətlərdən danışıb

23 марта 2026 38 просмотров

“Cəmiyyətlərin və hər iki ölkənin hakimiyyət nümayəndələrinin ritorikasında bir-birinə qarşı aqressiya və düşmənçilik azalır”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komissiyasının iclasında Azərbaycan-Ermənistan münasibətlərinə toxunarkən deyib.

“Bütün məsələlərin həll olunduğunu, heç bir problemin olmadığını və Ermənistanla Azərbaycan arasında sülhün tamamilə problemsiz olduğunu demək – bu, həddindən artıq şişirtmədir. Uzun illər davam edən münaqişə olub, çox qan tökülüb və yaralar hələ də təzədir. Lakin hər iki dövlət arasında bir-birinə qarşı aqressiya və düşmənçilik getdikcə azalır”, – deyə nazir qeyd edib.

Ararat Mirzoyan Türkiyə ilə münasibətlərə də toxunub və bildirib ki, bu iki ölkə arasında da əlaqələr kifayət qədər dinamik, pozitiv və ümidverici dialoq şəklindədir.

“Ermənistanla Türkiyə arasındakı dialoq artıq kifayət qədər irəliləyib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması mümkün olsun. Biz bunu türk tərəfdaşlarımıza da bildiririk. Hazırda tərəflər hətta iki ölkənin universitetlərində qarşılıqlı tələbələr üçün təqaüdlərin yaradılması imkanını müzakirə edirlər”, – deyə Ermənistanın xarici işlər naziri bildirib.

Скопировано
"Bu ölkələr ehtiyatlı olmalıdırlar" | İran müharibəsi daha da uzanacaq? - BİZDƏN NƏ DANIŞIRLAR?

"Bu ölkələr ehtiyatlı olmalıdırlar" | İran müharibəsi daha da uzanacaq? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
23 марта 2026 38 просмотров
Müharibədə 5 günlük fasilə: Tramp İrana hücumları dayandırmaq əmri verdi - AKTUAL GÜNDƏM

Müharibədə 5 günlük fasilə: Tramp İrana hücumları dayandırmaq əmri verdi - AKTUAL GÜNDƏM

Siyasət
23 марта 2026 38 просмотров
Ermənistanın müstəqil dövlət kimi mövcudluğu ciddi sual altına düşə bilər | Mirzoyan

Ermənistanın müstəqil dövlət kimi mövcudluğu ciddi sual altına düşə bilər | Mirzoyan

Siyasət
23 марта 2026 38 просмотров
Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksində

Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksində

Siyasət
23 марта 2026 38 просмотров
"Bu, Azərbaycan xalqına hörmətsizlikdir" | Zaxarovanın açıqlamasına XİN-dən reaksiya - Baku TV

"Bu, Azərbaycan xalqına hörmətsizlikdir" | Zaxarovanın açıqlamasına XİN-dən reaksiya - Baku TV

Siyasət
23 марта 2026 38 просмотров
Trampın möhləti yaxınlaşır: İran yerlə yeksan ediləcək? - AKTUAL GÜNDƏM

Trampın möhləti yaxınlaşır: İran yerlə yeksan ediləcək? - AKTUAL GÜNDƏM

Siyasət
23 марта 2026 38 просмотров
"İş yerləri açılmalı, dolanışıq yaxşı olmalıdır" | Prezident ölkənin inkişafından danışdı - Baku TV

"İş yerləri açılmalı, dolanışıq yaxşı olmalıdır" | Prezident ölkənin inkişafından danışdı - Baku TV

Siyasət
23 марта 2026 38 просмотров
Yeni körpü nə vaxt istifadəyə veriləcək? - Prezidentdən açıqlama - Baku TV

Yeni körpü nə vaxt istifadəyə veriləcək? - Prezidentdən açıqlama - Baku TV

Siyasət
23 марта 2026 38 просмотров
"Şamaxı turizm mərkəzlərimizdən birinə çevrilib" | Prezident görülən işlərdən söz açdı - Baku TV

"Şamaxı turizm mərkəzlərimizdən birinə çevrilib" | Prezident görülən işlərdən söz açdı - Baku TV

Siyasət
23 марта 2026 38 просмотров
"Cənubi Qafqazın ən böyük təsərrüfatıdır" | Prezident yeni heyvandarlıq kompleksində - Baku TV

"Cənubi Qafqazın ən böyük təsərrüfatıdır" | Prezident yeni heyvandarlıq kompleksində - Baku TV

Siyasət
23 марта 2026 38 просмотров
Выбранные
icon