Выбрать плеер:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ləğv edildi | Prezident Fərman imzaladı - Baku TV

19 марта 2026 52 просмотров

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.

Qurum Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.

Bundan başqa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçib.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 5 üzvdən – sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

Agentliyin fəaliyyəti dövlət büdcəsinin, icbari tibbi sığorta fondunun vəsaiti və nizamnaməsində müəyyən edilən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Azərbaycan və Özbəkistan liderləri nələrdən danışdı? | Ağdərədə həyat canlanır - YENİ BİR SƏHƏR

Azərbaycan və Özbəkistan liderləri nələrdən danışdı? | Ağdərədə həyat canlanır - YENİ BİR SƏHƏR

Siyasət
20 марта 2026 52 просмотров
Paşinyandan sensasiyalı açıqlama: "Qarabağ məsələsində həqiqətləri xalqdan gizlədiblər" - Baku TV

Paşinyandan sensasiyalı açıqlama: "Qarabağ məsələsində həqiqətləri xalqdan gizlədiblər" - Baku TV

Siyasət
20 марта 2026 52 просмотров
"Azərbaycan istənilən növ zorakılığa cavab vermə imkanına malikdir" - Baku TV

"Azərbaycan istənilən növ zorakılığa cavab vermə imkanına malikdir" - Baku TV

Siyasət
20 марта 2026 52 просмотров
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Baku TV

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Baku TV

Siyasət
19 марта 2026 52 просмотров
Hörmüz üçün yeni hücum planı: ABŞ savaşa İran sahillərindən daxil olur? - AKTUAL GÜNDƏM

Hörmüz üçün yeni hücum planı: ABŞ savaşa İran sahillərindən daxil olur? - AKTUAL GÜNDƏM

Siyasət
19 марта 2026 52 просмотров
Müharibə ABŞ və Rusiya hansı iqtisadi üstünlükləri qazandırır? - AKTUAL GÜNDƏM

Müharibə ABŞ və Rusiya hansı iqtisadi üstünlükləri qazandırır? - AKTUAL GÜNDƏM

Siyasət
19 марта 2026 52 просмотров
Azərbaycan və Özbəkistan prezidentləri arasında Yaxın Şərqlə bağlı müzakirə - Baku TV

Azərbaycan və Özbəkistan prezidentləri arasında Yaxın Şərqlə bağlı müzakirə - Baku TV

Siyasət
19 марта 2026 52 просмотров
Paşinyandan xəbərdarlıq | “Bu, suverenliyin itirilməsinə səbəb ola bilər”

Paşinyandan xəbərdarlıq | “Bu, suverenliyin itirilməsinə səbəb ola bilər”

Siyasət
19 марта 2026 52 просмотров
Biləcəridən Ermənistana yola salınan qatarla nələr göndərilir? - Baku TV

Biləcəridən Ermənistana yola salınan qatarla nələr göndərilir? - Baku TV

Siyasət
19 марта 2026 52 просмотров
Azərbaycandan İrana növbəti yardım | Xamenei söz verdi | Pezeşkiandan açıqlama - YENİ BİR SƏHƏR

Azərbaycandan İrana növbəti yardım | Xamenei söz verdi | Pezeşkiandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
19 марта 2026 52 просмотров
Выбранные
icon