İlham Əliyev Xanoba sakininin evində olub - Baku TV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma kənddə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə məlumat verib.
Sonra dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.
Dövlət başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət ediblər.
Тег #İlham Əliyev используется
- Prezident Xanobada görülən işlərlə tanış olub
- “Biz ərazi bütövlüyümüzü bərpa etdik” | İlham Əliyev
- İlham Əliyevin Xanoba sakinləri ilə görüşündən görüntülər - Baku TV
- "Biz buralara həsrətlə baxırdıq" | Xanoba sakinlərinin sevinci - Baku TV
- "Biz bu torpaqların əsl sahibləriyik" | Prezident Xanoba sakinləri ilə bir arada - Baku TV
