ATƏT və Ermənistanın “gizli oyunu” | Qarabağı masada bölmək cəhdi necə iflasa uğradı?
“Qarabağ xronikası” verilişində Qarabağ münaqişəsinin diplomatik tarixində üzərindən adətən sükutla keçilən mühüm bir məqama diqqət çəkilib.
Bildirilib ki, söhbət ATƏT-in 1996-cı ildə Lissabonda keçirilmiş sammitindən və həmin sammit çərçivəsində qəbul edilən sənədlərdən gedir.
Qeyd olunub ki, məhz Lissabon sammitində beynəlxalq ictimaiyyət ilk dəfə sülhün vahid və aydın formulunu müəyyənləşdirməyə cəhd göstərib. Lakin Ermənistan bu formulu açıq şəkildə bloklayaraq Avropa qitəsinə, beynəlxalq konsensusa və təhlükəsizlik arxitekturasının əsasını təşkil edən diplomatiya qaydalarına nümayişkaranə şəkildə meydan oxuyub.
Verilişdə vurğulanıb ki, bu qənaət Ermənistan hökumətinin dərc etdiyi növbəti arxiv sənədlərinin – ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatının və erməni nümayəndə heyətinin həmin bəyanata göndərdiyi cavab məktublarının təhlili əsasında formalaşıb. Həmin sənədlər münaqişənin “çətin həll olunan problem” kimi təqdim edilməsinin mif olduğunu və prosesin məqsədli şəkildə dalana dirəndirildiyini üzə çıxarır.
Тег #Qarabağ используется
- Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Ermənistandakı azərbaycandilli media layihəsi fəaliyyətini niyə dayandırdı? - Baku TV
- Azad edilmiş ərazilərdə torpaqların icarəsinə start verildi
- "Azərbaycan hərbi baxımdan həmişə Ermənistanı üstələyib" | Ruben Rubinyan - Baku TV
- Ağdərədə mal-qara otaran kənd sakini minaya düşdü - Baku TV CANLI
