Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV
“Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq iqtisadi, nəqliyyat və energetika daxil olmaqla geniş sahələri əhatə edir”.
Bu fikirləri Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
“Şübhəsiz ki, Xəzər dənizi dövlətlərimizi birləşdirən və ölkələrimizin iqtisadi həyatında mühüm rol oynayan amildir. Xəzərin sülh, rifah, sabitlik və təhlükəsizlik zonası kimi qorunub saxlanılması iqtisadi-ticari və mədəni əlaqələrin daha da genişlənməsinə, biznes və turizmin inkişafı üçün zəruri şəraitin yaradılmasına imkan yaradır.
Xəzər dənizi üzərindən keçən vacib nəqliyyat arteriyaları region ölkələrinin maraqlarını əhatə edir və iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır”, – deyə o bildirib.
