Выбрать плеер:

Avropa etiraf edir: Oyunun qaydalarını Bakı müəyyən edir? | Regionun açarı Azərbaycandadır - Baku TV

06 мая 2026 69 просмотров

Böyük siyasətdə bəzən bir jest yüzlərlə sözdən, uzun-uzadı bəyanatlardan daha kəsərli olur. Yəni səssiz görünən diplomatik gedişlər, əslində, ən gurultulu mesajları verir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri də məhz belə mesajlardan biridir. Kənardan, bəlkə də, sadə bir protokol səfərini xatırladan bu ziyarət, əslində, Brüsselin regiondakı reallıqları qəbul etdiyini göstərən siyasi etirafdır.

Çünki son illər Avropa Parlamentinin bəzi dairələrində Azərbaycanla bağlı süni gərginlik yaratmaq cəhdləri az olmayıb. Müxtəlif qruplar fərqli tribunalardan müxtəlif bəhanələrlə Bakı-Brüssel xəttində etimadı sarsıtmağa çalışıblar. Amma bir məsələni nəzərdən qaçırıblar: böyük siyasət emosiyalarla yox, maraqlarla idarə olunur. Maraqlar isə bu gün Avropa İttifaqını Azərbaycana daha da yaxınlaşdırır.

Kaya Kallasın səfərinin zamanlaması xüsusilə diqqət çəkir. Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin Zirvəsindən dərhal sonra Bakıya gəlmək təsadüfi diplomatik marşrut deyil. Brüssel Cənubi Qafqazın siyasi xəritəsini analiz edərək anlayır ki, regionda sabitlikdən danışmaq, amma Azərbaycanı bu proseslərin mərkəzindən kənarda təsəvvür etmək mümkünsüzdür.

Əslində, münasibətlərin strateji mahiyyəti çoxdan formalaşıb. Bu gün Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq yalnız siyasi dialoqdan ibarət deyil. Bu münasibətlər artıq konkret mexanizmlər – enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və təhlükəsizlik dialoqu üzərində dayanır. Bunlar isə kağız üzərində yazılmış diplomatik niyyətlər deyil, işləyən, nəticə verən, tərəfləri bir-birinə daha sıx bağlayan əməkdaşlıq xətləridir. 

Скопировано
Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq - ANA XƏBƏR

Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq - ANA XƏBƏR

Siyasət
08 мая 2026 69 просмотров
WUF13 Festivalı Gəncədə | "Bu tədbir böyük əhəmiyyət kəsb edir" - Baku TV

WUF13 Festivalı Gəncədə | "Bu tədbir böyük əhəmiyyət kəsb edir" - Baku TV

Siyasət
08 мая 2026 69 просмотров
“Onlar Azərbaycanla sülhü pozmaq istəyir” | Armine Marqaryan

“Onlar Azərbaycanla sülhü pozmaq istəyir” | Armine Marqaryan

Siyasət
08 мая 2026 69 просмотров
Azərbaycan XİN-dən Rusiyaya etiraz | Nə baş verdi? - Baku TV

Azərbaycan XİN-dən Rusiyaya etiraz | Nə baş verdi? - Baku TV

Siyasət
08 мая 2026 69 просмотров
Hörmüz boğazında çoxmillətli missiya planı: Qərb yeni təhlükəsizlik arxitekturası qurur?

Hörmüz boğazında çoxmillətli missiya planı: Qərb yeni təhlükəsizlik arxitekturası qurur?

Siyasət
08 мая 2026 69 просмотров
“Bakı Metropoliteni”nə tramvay nəqliyyatının təşkil edilməsi ilə bağlı səlahiyyət verilib - Baku TV

“Bakı Metropoliteni”nə tramvay nəqliyyatının təşkil edilməsi ilə bağlı səlahiyyət verilib - Baku TV

Siyasət
07 мая 2026 69 просмотров
Fransa regionda niyə istədiyini ala bilmir? - Boşa çıxan "təşəbbüslər" və Bakı faktoru - Baku TV

Fransa regionda niyə istədiyini ala bilmir? - Boşa çıxan "təşəbbüslər" və Bakı faktoru - Baku TV

Siyasət
07 мая 2026 69 просмотров
İrəvanda verilən mesaj Rusiyanı təcili hərəkətə keçirdi | Dəhşətli qisas zərbəsinin anonsu - Baku TV

İrəvanda verilən mesaj Rusiyanı təcili hərəkətə keçirdi | Dəhşətli qisas zərbəsinin anonsu - Baku TV

Siyasət
07 мая 2026 69 просмотров
ABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - AKTUAL GÜNDƏM

ABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - AKTUAL GÜNDƏM

Siyasət
07 мая 2026 69 просмотров
İran BMT ölkələrinə çağırış edib | Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır - YENİ BİR SƏHƏR

İran BMT ölkələrinə çağırış edib | Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır - YENİ BİR SƏHƏR

Siyasət
07 мая 2026 69 просмотров
Выбранные
icon