Ayxan Hacızadə ABŞ ilə münasibətlərin gələcəyi və yaşıl enerjiyə keçid planlarından danışdı
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə ABŞ-də yeni prezident seçimindən sonra Azərbaycanla bu ölkənin gələcək əlaqələrinin necə olacağına münasibət bildirib.
XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir.
A.Hacızadə qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə “yaşıl enerji”yə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur.
O vurğulayıb ki, Azərbaycan “yaşıl enerji”yə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirir: “Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir”.