Niderlandlı qadından COP29-a dəstək aksiyası | Sadqurunun hərəkatı davam edir
“Biz buradan çox sayda əl işarəsi olan fotolar asmışıq. Məqsədimiz “Torpağı qoru” hərəkatı ilə bağlı insanları məlumatlandırmaq və bu məsələyə daha çox diqqət çəkməkdir. Bu hərəkat 2022-ci ildə hindistanlı yoqa rəhbəri Sadhquru tərəfindən yaradılıb. Çünki torpaqlar məhv olur”.
Bunu COP29-a dəstək aksiyasının niderlandlı xanım iştirakçısı deyib.
“Bu işin gözəl olan tərəfi odur ki, əgər təbiətə sahib çıxa bilsək, bundan 10 il sonra gedib təbii ərzaq axtarışına çıxmağınıza ehtiyac qalmayacaq. Çünki “Torpağı qoru” hərəkatının əsas qayəsi bundan ibarətdir. Amma 100 il əvvəl yalnız 1 ədəd portağal sizin sağlamlığınız üçün kifayət idi. Lakin indi eyni effekti ala bilmək üçün siz azı 8 portağal yeməlisiniz.
Əgər hərəkat öz məqsədinə çatarsa, bunun barəsində düşünmək məcburiyyətində qalmayacaqsınız. COP29-la bağlı isə onu deyə bilərəm ki, fikrimcə, dünyanın istənilən ölkəsindən insanların bir araya gəlməsi əla bir ideyadır.
Ümid edirəm ki, bu tədbir sayəsində lazımi qərarlar da veriləcək. Çünki bizim boş sözlərə yox, onların reallaşdırılmasına da ehtiyacımız var. COP da bütün bunların həyata keçirilməsi üçün çox böyük bir imkandır”, – deyə o diqqətə çatdırıb.