Siyasət
Выбрать плеер:

Liderlərin iştirakı ilə Xankəndidə tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi oldu

13 ноября 2024

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Şavkat Mirziyoyev COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Qeyd edib ki, Özbəkistan Azərbaycana dost, qardaş və müttəfiq ölkə olaraq buna sevinir. Ali qonaq deyib ki, Özbəkistanda Azərbaycana xüsusi münasibət var.

İkitərəfli münasibətlərimizin inkişafında tarixi bir dövrün olduğunu vurğulayan Özbəkistan Prezidenti ölkələrimiz arasında bu il imzalanan müttəfiqlik münasibətləri haqqında Müqaviləni qeyd edib. Şavkat Mirziyoyev nümayəndə heyətlərimizin yaxından işlədiyini, qarşıya qoyulan layihələrin uğurla icra edildiyini deyib.

Prezident İlham Əliyev ölkəmizə səfərə gələrək COP29-da iştirak etdiyinə görə Özbəkistan dövlətinin başçısına təşəkkürünü bildirib.

İmzalanan sənədlərin önəminə toxunan Azərbaycan Prezidenti deyib ki, “yaşıl enerji”nin inkişafı və ötürülməsi layihələrinin həyata keçirilməsi əlaqələrimizin mahiyyətini göstərir.

Dövlət başçısı Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəyə görə minnətdarlığını bildirib və burada xeyli sayda insanın işlə təmin olunacağının önəmini vurğulayıb.

Söhbət zamanı Bakıda Özbəkistan Evi, Özbəkistanda isə Azərbaycan Evi layihələrinin icrasından məmnunluq bildirilib, ölkəmizin Özbəkistanda ticarət nümayəndəliyinin açılması, təhsil, maşınqayırma, inşaat, mədən, əczaçılıq, pambıqçılıq, turizm sahələrində layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi olub.

Скопировано
Pol Kaqame İlham Əliyevin qəbulunda | Nələr müzakirə olundu?

Pol Kaqame İlham Əliyevin qəbulunda | Nələr müzakirə olundu?

Siyasət
13 ноября 2024
İlham Əliyev inkişaf etmiş ölkələrə müraciət etdi | Ada dövlətlərinin sammitində mühüm müzakirə

İlham Əliyev inkişaf etmiş ölkələrə müraciət etdi | Ada dövlətlərinin sammitində mühüm müzakirə

Siyasət
13 ноября 2024
Zaxarovadan Ermənistanla bağlı vacib açıqlama | ABŞ və Avropa heç bir yenilik təklif etməyib…

Zaxarovadan Ermənistanla bağlı vacib açıqlama | ABŞ və Avropa heç bir yenilik təklif etməyib…

Siyasət
13 ноября 2024
Qabonun vitse-prezidenti İlham Əliyevi təbrik etdi

Qabonun vitse-prezidenti İlham Əliyevi təbrik etdi

Siyasət
13 ноября 2024
İlham Əliyev ilə Rusiya Hökumətinin Sədri arasında mühüm müzakirə

İlham Əliyev ilə Rusiya Hökumətinin Sədri arasında mühüm müzakirə

Siyasət
13 ноября 2024
Şina Ənsari COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi

Şina Ənsari COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi

Siyasət
13 ноября 2024
Fransanın qeyri-insani cinayətləri COP29 sammitində ifşa edildi | COP BAKU

Fransanın qeyri-insani cinayətləri COP29 sammitində ifşa edildi | COP BAKU

Siyasət
13 ноября 2024
Beqlaryanın ortaqları kimlər olub? | Dəhşətli faktlar ortaya çıxdı

Beqlaryanın ortaqları kimlər olub? | Dəhşətli faktlar ortaya çıxdı

Siyasət
13 ноября 2024
Niderlandlı qadından COP29-a dəstək aksiyası | Sadqurunun hərəkatı davam edir

Niderlandlı qadından COP29-a dəstək aksiyası | Sadqurunun hərəkatı davam edir

Siyasət
13 ноября 2024
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb | Mühüm görüşün detalları

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb | Mühüm görüşün detalları

Siyasət
13 ноября 2024
Выбранные
icon