Siyasət
Выбрать плеер:

Ayxan Hacızadə Fransaya sərt səsləndi | Daxili işlərimizə...

30 апреля 2024

“Aprelin 29-da Fransanın daxili işlər naziri Jerar Darmaninin Fransa Milli Assambleyasında Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirdiyi əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə fransalı nazirin ölkəmizə qarşı səsləndirdiyi iddialara münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb.

O qeyd edib ki, Fransanın hakim partiyasının təşəbbüsü ilə ölkə parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul edib.

“Fransanın daxili işlər naziri Azərbaycana qarşı erməni əhalinin qətliamı kimi heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır.

Fransa hökumət rəsmisinin Azərbaycanın konstitusional dövlət quruluşu haqqında beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmayan təhqir dolu ifadələrdən istifadə etməsi qəbuledilməzdir.

Fransadan bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı tələb edirik. Ölkəmizin milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirlərin görüləcəyini bir daha bəyan edirik", – deyə mətbuat katibi vurğulayıb.

Скопировано
"Qərbi Azərbaycana qayıdış" Türk Dünyası Sammiti Daşkənddə baş tutdu

"Qərbi Azərbaycana qayıdış" Türk Dünyası Sammiti Daşkənddə baş tutdu

Siyasət
21 мая 2024
Zelenski İlham Əliyevə zəng etdi | Nələr müzakirə edildi?

Zelenski İlham Əliyevə zəng etdi | Nələr müzakirə edildi?

Siyasət
21 мая 2024
Zakir Həsənov Selçuk Bayraktaroğlu ilə görüşdü

Zakir Həsənov Selçuk Bayraktaroğlu ilə görüşdü

Siyasət
21 мая 2024
Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında Türk İskit dövlətinin tərkibində olub

Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında Türk İskit dövlətinin tərkibində olub

Siyasət
21 мая 2024
Selçuk Bayraktar "Akıncı"nın dağıntıları necə tapdığını açıqladı

Selçuk Bayraktar "Akıncı"nın dağıntıları necə tapdığını açıqladı

Siyasət
21 мая 2024
XİN rəhbərləri telefon danışığı zamanı nələri müzakirə etdi? | Tehrandakı səfirliyimiz...

XİN rəhbərləri telefon danışığı zamanı nələri müzakirə etdi? | Tehrandakı səfirliyimiz...

Siyasət
21 мая 2024
Fransa Azərbaycanda keçiriləcək COP29-a qatılmayacaq? | Ermənipərəst siyasətçidən açıqlama

Fransa Azərbaycanda keçiriləcək COP29-a qatılmayacaq? | Ermənipərəst siyasətçidən açıqlama

Siyasət
21 мая 2024
Pul qarşılığında Bakıya qarşı təxribat törətmək istədi | Görüntülər yayımlandı

Pul qarşılığında Bakıya qarşı təxribat törətmək istədi | Görüntülər yayımlandı

Siyasət
21 мая 2024
Millət vəkili kimləri yıxıb sürüdü? - O adamların hamısını...

Millət vəkili kimləri yıxıb sürüdü? - O adamların hamısını...

Siyasət
21 мая 2024
Əminəm ki, bunlar İranın yeni rəhbərliyinə çatdırılacaq | İlham Əliyev

Əminəm ki, bunlar İranın yeni rəhbərliyinə çatdırılacaq | İlham Əliyev

Siyasət
21 мая 2024
Выбранные
icon