Выбрать плеер:

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

20 декабря 2025 50 просмотров

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Beləliklə, qonşu ölkəyə yük göndərişi davam edir. Dekabrın 19-da SOCAR tərəfindən ilk dəfə Bakı neftinin Ermənistana tədarükü həyata keçirilib.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sözlərinə görə, bu əməliyyat regionda sülhün möhkəmləndiyinin göstəricisidir:

“Potensial ikitərəfli ticarət məhsullarının siyahısı yanacaqla məhdudlaşmır. Sadə dillə desək, yanacaq ilk bağlanan kommersiya müqaviləsi idi. Mən inanıram ki, biz digər məhsul növləri ilə bağlı gələcək ikitərəfli ticarət əməliyyatlarının şahidi olacağıq. Ölkəmizin və Azərbaycanın idxal-ixrac balansları fərqli olsa da, bu fərqlər qarşılıqlı ticarət vasitəsilə tamamlana bilər. Bir daha qeyd etməliyəm ki, hazırda sülhün möhkəmləndirilməsi məsələsi daha böyük əhəmiyyət kəsb edir, çünki ikitərəfli ticarət yalnız sülh şəraitində mövcud ola bilər”.

Qeyd edək ki, 22 vaqona yüklənmiş 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı “Azərbaycan Dəmir Yolları”nın yük qatarı ilə Böyük Kəsik stansiyasından yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.

Xatırladaq ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın görüşündə əldə olunub.

Скопировано
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 декабря 2025 50 просмотров
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 декабря 2025 50 просмотров
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 декабря 2025 50 просмотров
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 декабря 2025 50 просмотров
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 декабря 2025 50 просмотров
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 декабря 2025 50 просмотров
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 декабря 2025 50 просмотров
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 декабря 2025 50 просмотров
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 декабря 2025 50 просмотров
Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Siyasət
20 декабря 2025 50 просмотров
Выбранные
icon