Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV
SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana gedən tədarükü Ağstafadan Gürcüstana yola salınıb.
Bakı Yük Stansiyasından yola düşən qatar gecə saatlarında Böyük Kəsik stansiyasına daxil olub. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.
Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın görüşündə əldə ediən razılaşmaya əsasən yola salınır. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.
