ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV
Amerika-Azərbaycan Ticarət Palatasında "TRIPP – ABŞ-nin yeni strateji landşaftında Avrasiya kommunikasiyası" mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyindən bildirilib.
Məlumata görə, səfir Xəzər İbrahim "TRIPP layihəsi"nin həyata keçirilməsi çərçivəsində hazırkı impulsdan istifadənin vacibliyini vurğulayıb.
Müzakirələrdə Ermənistan, Qırğızıstan səfirləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan və Türkmənistan diplomatik missiyalarının nümayəndələri çıxış ediblər. ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyinin nümayəndələri də müzakirələrə qatılıblar.
Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilən razılaşmaların həyata keçirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun da məsələ ilə bağlı ilk görüşü baş tutub. Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin müavininin köməkçisi Sonata Koulter iki ölkə arasında fəal inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər.
Тег #TRIPP layihəsi используется
- Paşinyan Qazaxıstanda TRIPP layihəsi haqqında danışdı
- "Trampın ən mühüm töhfəsi nəqliyyat dəhlizi üzərində işdir" | Con Herbst
- “İlk dəfədir belə olur” | Paşinyan Azərbaycanla sərhəddən və təklif etdiyi marşrutdan danışdı
- "Ermənistan da, Azərbaycan da faydalanacaq" | Senatordan Cənubi Qafqazla bağlı açıqlama
