Выбрать плеер:

"Trampın ən mühüm töhfəsi nəqliyyat dəhlizi üzərində işdir" | Con Herbst

19 ноября 2025 89 просмотров

“ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə ən əhəmiyyətli töhfəsi Azərbaycan və Ermənistanın müxtəlif formatlarda uzun illər müzakirə etdiyi TRIPP nəqliyyat dəhlizi üzərində işdir”.

Bunu ABŞ-nin Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyası Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək üçün siyasi iradə nümayiş etdirib:

“Məhz buna görə o, Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı avqust ayında Ağ Evə dəvət edib. Həmin görüşdə tərəflər bir sıra mühüm razılaşmalara nail olublar. Bu da Bakı və İrəvan arasında sülhün təmin edilməsinə dair səyləri gücləndirib. Bəlkə də Donald Trampın ən mühüm töhfəsi Azərbaycan və Ermənistanın artıq çoxdandır bəhs etdiyi nəqliyyat dəhlizi üzərində işdir”.

Ekspert qeyd edib ki, uzun müddət ən çətin məsələlərdən biri bu dəhlizə kimin nəzarət edəcəyi idi:

“Əgər ABŞ onun fəaliyyətinə görə məsuliyyəti öz üzərinə götürsə, eksterritoriallıq məsələsi ikinci plana keçir. Bu, Cənubi Qafqazda sülhün təmin edilməsinə böyük töhfədir”.

C.Herbst əlavə edib ki, söhbət dəhlizin özündən deyil, Azərbaycan, Ermənistan, Türkiyə və Orta Asiya ölkələri arasında ticarət və investisiyalara güclü təkan verə biləcək bir mexanizmdən gedir:

“Bu da malların Orta Dəhliz çərçivəsində Avropa bazarlarına çıxışını təmin edir. Bu, fikrimcə, Tramp komandasının təkcə Azərbaycanla deyil, həm də Ermənistan və Türkiyə ilə münasibətlərdə ən mühüm nailiyyətidir”.

Скопировано
Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Siyasət
19 декабря 2025 89 просмотров
Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Siyasət
19 декабря 2025 89 просмотров
Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
19 декабря 2025 89 просмотров
ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

Siyasət
19 декабря 2025 89 просмотров
Putin müharibənin taleyi barədə danışdı - Baku TV

Putin müharibənin taleyi barədə danışdı - Baku TV

Siyasət
19 декабря 2025 89 просмотров
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - Baku TV

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - Baku TV

Siyasət
19 декабря 2025 89 просмотров
Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV

Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV

Siyasət
19 декабря 2025 89 просмотров
Rəsmi Bakının müstəqil Yaxın Şərq siyasəti - Baku TV

Rəsmi Bakının müstəqil Yaxın Şərq siyasəti - Baku TV

Siyasət
19 декабря 2025 89 просмотров
Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Siyasət
18 декабря 2025 89 просмотров
Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV

Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV

Siyasət
18 декабря 2025 89 просмотров
Выбранные
icon