Выбрать плеер:

Azərbaycan FHN-in qüvvələri Rusiyada | Həyəcanlı anlar yaşandı, qüvvələrə tapşırıq verildi

24 мая 2025 455 просмотров

Mayın 19-23-ü aralığı Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Noqinsk Xilasetmə Mərkəzinin poliqonunda MDB ölkələrinin təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qurumlarının birgə təlimi keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Genişmiqyaslı dağıntı ilə müşayiət olunan zəlzələnin nəticələrinin aradan qaldırılması" mövzusunda keçirilən birgə təlimdə Azərbaycan Respublikasını Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi təmsil edib.

Təlimə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 30 nəfərdən ibarət şəxsi heyəti və 5 ədəd texnikası cəlb edilib.

Təlim zamanı qüvvə və vasitələrin operativ olaraq fövqəladə hadisə rayonuna cəlb edilməsi, bölmələrin yerləşməsi üçün çadır düşərgəsinin qurulması, koordinasiya mərkəzinin açılması və qarşılıqlı fəaliyyətin təşkili, təyin olunmuş iş sahələrində axtarış-xilasetmə əməliyyatları zamanı fəaliyyətin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə kəşfiyyat tədbirlərinin icrası və uçma təhlükəsi olan tikililərin möhkəmləndirilməsi, hündürlükdə və dağıntılar altında axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə tapşırıqlar Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin qüvvə və vasitələri cəlb olunmaqla uğurla icra edilib.

Təlim zamanı həmçinin pilotsuz uçuş aparatları tətbiq olunmaqla ərazidə yaranmış vəziyyətin qiymətləndirilməsi, müasir idarəetmə və rabitə vasitələrinin tətbiqi ilə yanaşı, şəxsi heyətin həyat və sağlamlığının qorunması üzrə məsələlər də diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda sadələşdirilmiş sərhədkeçmə və gömrük prosedurlarının icrası da təlim zamanı əsas fəaliyyət istiqamətlərindən olub.

Təlimdə xüsusi fərqlənən əməkdaşlara mükafatlar təqdim edilib.

Скопировано
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 декабря 2025 455 просмотров
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 декабря 2025 455 просмотров
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 декабря 2025 455 просмотров
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 декабря 2025 455 просмотров
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 декабря 2025 455 просмотров
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 декабря 2025 455 просмотров
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 декабря 2025 455 просмотров
Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Siyasət
20 декабря 2025 455 просмотров
Aİ Ukraynaya 90 milyard avro yardım ayırdı - 24 SAAT

Aİ Ukraynaya 90 milyard avro yardım ayırdı - 24 SAAT

Siyasət
20 декабря 2025 455 просмотров
İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

Siyasət
19 декабря 2025 455 просмотров
Выбранные
icon