Выбрать плеер:

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir | Detallar - Baku TV

18 апреля 2026 74 просмотров

Brüssel şəhərində Azərbaycanla Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.

Konstruktiv ruhda keçən müzakirələr hər iki sənəd üzrə mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti mərhələlərinin planlaşdırılmasına xidmət edib. Görüşün yekununda danışıqların növbəti mərhələsinin iyun ayının əvvəlində Bakıda keçirilməsinə qərar verilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyi ilə yanaşı, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri yer alıb.

Səfər çərçivəsində Yalçın Rəfiyev həmçinin Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə baş direktor müavini Yan Dusik və ətraf mühit üzrə baş direktor müavini Patrik Çildlə görüşlər keçirib.

Təmaslar zamanı iqlim fəaliyyəti və ətraf mühit sahəsində Azərbaycan-Avropa İttifaqı dialoq formatının yaradılması, eləcə də COP prosesi, iqlim və ətraf mühitlə bağlı beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək - Baku TV

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək - Baku TV

Siyasət
21 апреля 2026 74 просмотров
Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib

Siyasət
21 апреля 2026 74 просмотров
Azərbaycandan Ermənistana yanacaq ixracı | Detallar açıqlandı - Baku TV

Azərbaycandan Ermənistana yanacaq ixracı | Detallar açıqlandı - Baku TV

Siyasət
21 апреля 2026 74 просмотров
Ağdam şəhərinə daha 92 ailə yola salınıb | ABŞ–İran danışıqları bərpa olunacaq? - YENİ BİR SƏHƏR

Ağdam şəhərinə daha 92 ailə yola salınıb | ABŞ–İran danışıqları bərpa olunacaq? - YENİ BİR SƏHƏR

Siyasət
21 апреля 2026 74 просмотров
Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV

Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV

Siyasət
21 апреля 2026 74 просмотров
Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV

Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV

Siyasət
20 апреля 2026 74 просмотров
ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?

ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
20 апреля 2026 74 просмотров
Hər iki ölkənin səfirləri XİN-ə çağırıldı - Baku TV CANLI

Hər iki ölkənin səfirləri XİN-ə çağırıldı - Baku TV CANLI

Siyasət
20 апреля 2026 74 просмотров
Bakı mühüm foruma ev sahibliyi edəcək | Tehran və Vaşinqton nəyi və kimi gözləyir? - YENİ BİR SƏHƏR

Bakı mühüm foruma ev sahibliyi edəcək | Tehran və Vaşinqton nəyi və kimi gözləyir? - YENİ BİR SƏHƏR

Siyasət
20 апреля 2026 74 просмотров
Aleksandar Vuçiç İlham Əliyevə zəng edib | Prezidentlər hansı məsələlərdən danışdı? - Baku TV

Aleksandar Vuçiç İlham Əliyevə zəng edib | Prezidentlər hansı məsələlərdən danışdı? - Baku TV

Siyasət
19 апреля 2026 74 просмотров
Выбранные
icon