Avropa İttifaqı Ukraynada sülh üçün hərəkətə keçəcək?
“Avropa İttifaqı (Aİ) Ukraynada sülhün təmin edilməsi məsələsində daha böyük məsuliyyət götürməlidir”.
Bunu Estoniya xarici işlər naziri Maqrus Tsaxna deyib.
Diplomat Avropa Komissiyasının hazırda Rusiya ilə əlaqəli keçmiş döyüşçülər məsələsi üzərində işləməsini müsbət qiymətləndirib.
Onun fikrincə, Rusiya gələcəkdə yüzminlərlə keçmiş döyüşçünü öz məqsədləri naminə Avropaya göndərə bilər.
“Bu həm də Avropanın anlamalı olduğu tarixi məqamdır, Avropa İttifaqı və NATO ilə Rusiya arasında boz və ya neytral zona ola bilməz. Söhbət uzunmüddətli sülhdən gedir. Ümid edirəm, Avropada baş verən siyasi dəyişikliklər uzunmüddətli sülhün qurulmasına yol açacaq. Amma təəssüf ki, Rusiyadan sülh istəyi görmürük. Avropa sülh prosesinin irəliləmədiyi durumda daha çox məsuliyyət götürməli və çox iş görməlidir”, – Tsaxna vurğulayıb.
Тег #Avropa İttifaqı используется
- “Aİ-nin genişlənməsi artıq sadəcə arzu deyil, geosiyasi zərurətdir” | Leyen
- Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV
- Papuaşvilidən qalmaqallı açıqlama – “Bu, Rusiya ilə müharibəyə səbəb olsa...”
- Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir | Detallar - Baku TV
- Zelenskidən sərt sözlər | "Onların bizə ehtiyacı var" - Baku TV
