Выбрать плеер:

Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV

05 декабря 2025 75 просмотров

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Birləşmiş Krallığın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad edib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycanla Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.

Səmimi münasibətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Lord Vernon Koaker Birləşmiş Krallığın ölkəmizlə hərbi əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qarşılıqlı səfərlərin və müxtəlif formatlarda keçirilən görüşlərin təcrübə mübadiləsi baxımından səmərəli olduğunu xüsusi vurğulayıb.

Səfər çərçivəsində qonaqlar həmçinin "Zabit ixtisas hazırlığı" kursunun gənc zabitlərinin iştirakı ilə keçirilən "Təlimatçı hazırlığı" kursunun növbəti buraxılış mərasimində iştirak ediblər.

Sonda qonaqların iştirakı ilə kursu uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub.

Скопировано
“Azərbaycan Prezidentinin Tehrana səfərini gözləyirik” | Ərağçi

“Azərbaycan Prezidentinin Tehrana səfərini gözləyirik” | Ərağçi

Siyasət
08 декабря 2025 75 просмотров
"Bu, Araz çayı üzərində ən yüksək buraxılış qabiliyyəti olan körpü olacaq" – Ceyhun Bayramov

"Bu, Araz çayı üzərində ən yüksək buraxılış qabiliyyəti olan körpü olacaq" – Ceyhun Bayramov

Siyasət
08 декабря 2025 75 просмотров
Aİ-nin Rusiya ilə müharibəyə başlayacağı tarix açıqlandı - Baku TV CANLI

Aİ-nin Rusiya ilə müharibəyə başlayacağı tarix açıqlandı - Baku TV CANLI

Siyasət
08 декабря 2025 75 просмотров
"Ən önəmli məqam..." | Ərağçidən Azərbaycan-İran əlaqələri barədə vacib açıqlama - Baku TV

"Ən önəmli məqam..." | Ərağçidən Azərbaycan-İran əlaqələri barədə vacib açıqlama - Baku TV

Siyasət
08 декабря 2025 75 просмотров
Ceyhun Bayramov İranla birgə layihələr barədə açıqlama verdi - Baku TV

Ceyhun Bayramov İranla birgə layihələr barədə açıqlama verdi - Baku TV

Siyasət
08 декабря 2025 75 просмотров
Son dəqiqə: Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi - Baku TV

Son dəqiqə: Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi - Baku TV

Siyasət
08 декабря 2025 75 просмотров
“Global Infrastructure Partners” şirkətinin baş icraçı direktoru İlham Əliyevin qəbulunda

“Global Infrastructure Partners” şirkətinin baş icraçı direktoru İlham Əliyevin qəbulunda

Siyasət
08 декабря 2025 75 просмотров
İlham Əliyev İranın xarici işlər naziri ilə nələri müzakirə etdi?

İlham Əliyev İranın xarici işlər naziri ilə nələri müzakirə etdi?

Siyasət
08 декабря 2025 75 просмотров
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
08 декабря 2025 75 просмотров
İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi - Baku TV

İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi - Baku TV

Siyasət
08 декабря 2025 75 просмотров
Выбранные
icon