Donald Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib - Baku TV
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
“Hörmətli cənab Prezident, Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün sizin və Baş nazir Nikol Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.
Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq. Davamlı dəstəyinizə görə sizə bir daha təşəkkür edirəm”, – deyə ABŞ Prezidenti Donald Trampın məktubunda bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel Komitəsinə müraciət etməyi təklif etmişdi. Dövlət başçısı avqustun 9-u Vaşinqtonda birgə bəyanat zamanı bu barədə məlumat vermişdi.
