Ulu Öndərin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolu xüsusi vurğulanıb
Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Azərbaycan parlamentinin 107 illiyinə həsr olunan “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Milli Məclisin deputatları, MDB-nin bir sıra üzv dövlətlərinin parlament nümayəndə heyətləri, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası Şurası Katibliyinin rəhbər heyəti, Azərbaycandakı bəzi səfirliklərin nümayəndələri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
MDB Parlamentlərarası Assambleyası Şurası Baş katibinin müavini – Milli Məclisin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov tədbir iştirakçılarına MDB PA Şurası Katibliyinin rəhbəri – Baş katib Dmitri Kobitskinin adından salamlama nitqini çatdırıb.
Konfrans iştirakçıları Azərbaycan Konstitusiyasının ölkənin hüquq yaradıcılığı sistemində əsas hüquqi baza rolunu oynadığını, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolunu xüsusilə vurğulayıblar.
