"Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabı təqdim edildi - Baku TV
Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının təqdimat mərasimi keçirilib.
Kitabda Qarabağın tarixi, azad olunması və bərpa prosesinə dair məqalələr, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələri, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələri toplanıb.
Kitab Ermənistan-Azərbaycan münaqişəsinə yaxından bələd olan tanınmış britaniyalı yazıçı Qrem Vilsonun dərin analitik yanaşması və bənzərsiz hekayəçilik bacarığını özündə birləşdirir.
Təqribən 500 səhifəni əhatə edən kitabın yaxın gələcəkdə Azərbaycan dili ilə yanaşı, rus və türk dillərində həm çap, həm də elektron kitab formatında nəşri planlaşdırılır.
Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev qeyd edib ki, kitab təkcə Azərbaycan üçün deyil, həm də qlobal nəşriyyat sahəsi üçün postmünaqişə dövrünün tarixi təhlili baxımından mühüm bir yenilikdir.
