Siyasət
Выбрать плеер:

Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi

19 апреля 2024

“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda səliqə-sahman yaratması ilə bağlıdır”.

Bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov verilən qərarı şərh edərkən bildirib.

O əlavə edib ki, sülhməramlıların bölgədən çıxarılması qərarı Rusiya və Azərbaycan hakimiyyətləri arasında mövcud olan etimadın göstəricisidir:

“Sülhməramlılar öz öhdəliklərini yetərincə icra ediblər. Bu müddət ərzində sülhməramlı kontingentimiz təhlükəsizliyi təmin edib, ərazilərin minalardan təmizlənməsində köməklik göstərməklə özünü doğruldub. Bundan sonra bizim orada qalmağımızın heç bir mənası yoxdur. Ona görə də belə bir qərar qəbul edilib.

Ermənistan tərəfinin sülhməramlılar haqqında dedikləri isə həqiqəti əks etdirmir. Bütün uğursuzluqlarında kimlərisə günahlandıran İrəvanın ümid bəslədiyi Fransadan yardım alacağı da şübhə altındadır. Ona görə ki, son baş verənlər heç də Emmanuel Makronun ürəyincə olmadı.

Rusiya hərbçilərinin Qarabağdan çıxması Ermənistan, Fransa və onlara yaxın olan digər ölkələrin bütün planlarını alt-üst etdi. Çünki son zamanlar ermənilərin və fransızların ritorikası ondan ibarət idi ki, Rusiya sülhməramlılarını Fransa və ya NATO hərbçiləri ilə əvəz etmək lazımdır.

İndi isə Rusiya tamamilə Qarabağdan çıxır, Azərbaycan öz ərazilərində tam nəzarəti üzərinə götürür. Ermənistan hakimiyyəti və onun havadarları isə bundan razı deyil. Hər bir halda rəsmi Bakı sülhməramlıların fəaliyyətindən razı idi”.

Yevgeni Mixaylov onu da vurğulayıb ki, Rusiya hər bir halda regiondakı mövcudluğunu qoruyur. Gümrüdə Moskvanın hərbi bazası var və əgər hər hansı qarşıdurma yaşanarsa, təhlükəsizliyin təmin edilməsi üçün konkret addımlar atmaq mümkün olacaq.  

Скопировано
Gürcüstanı kim qarışdırır? | Böyük güclərin məqsədi - BAKU AKTUAL

Gürcüstanı kim qarışdırır? | Böyük güclərin məqsədi - BAKU AKTUAL

Siyasət
03 мая 2024
Azərbaycanda yeni türk hərbi şirkəti qurulur | Rusların təyyarələrini...

Azərbaycanda yeni türk hərbi şirkəti qurulur | Rusların təyyarələrini...

Siyasət
03 мая 2024
Ermənilər qorxu içində | Bakı buna görə Almatıda vasitəçi istəmir

Ermənilər qorxu içində | Bakı buna görə Almatıda vasitəçi istəmir

Siyasət
03 мая 2024
Prezident səudiyyə ərəbistanlı nazirlə nələri müzakirə etdi?

Prezident səudiyyə ərəbistanlı nazirlə nələri müzakirə etdi?

Siyasət
03 мая 2024
Hikmət Hacıyevdən sərt açıqlama | UNESCO bir adama görə...

Hikmət Hacıyevdən sərt açıqlama | UNESCO bir adama görə...

Siyasət
03 мая 2024
Aİ və İrəvanın puç olan planı | Ermənistan məqsədinə çata bilmədi

Aİ və İrəvanın puç olan planı | Ermənistan məqsədinə çata bilmədi

Siyasət
03 мая 2024
Fransanın Xankəndidəki "oyun"u | Vardanyana növbəti zərbə | Azərbaycanda yeni peyvənd - SALAM BAKU

Fransanın Xankəndidəki "oyun"u | Vardanyana növbəti zərbə | Azərbaycanda yeni peyvənd - SALAM BAKU

Siyasət
03 мая 2024
Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

Siyasət
03 мая 2024
Ceyhun Bayramov BMT-nin Baş katibinin müşaviri ilə görüşüb

Ceyhun Bayramov BMT-nin Baş katibinin müşaviri ilə görüşüb

Siyasət
03 мая 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bakı prosesi davam edir

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bakı prosesi davam edir

Siyasət
02 мая 2024
Выбранные
icon