Siyasət
Выбрать плеер:

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi

19 сентября 2024 13 просмотров

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədə əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Eyni zamanda Sərəncamda bildirilir ki, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib.

Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Elə bu səbəbdən də hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.

Скопировано
Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Siyasət
14 января 2025 13 просмотров
KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

Siyasət
14 января 2025 13 просмотров
Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Siyasət
14 января 2025 13 просмотров
Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Siyasət
14 января 2025 13 просмотров
Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Siyasət
14 января 2025 13 просмотров
Lukaşenko Azərbaycana yeni təyin olunan səfirə təlimatlar verdi | Detallar açıqlandı

Lukaşenko Azərbaycana yeni təyin olunan səfirə təlimatlar verdi | Detallar açıqlandı

Siyasət
14 января 2025 13 просмотров
Lavrov Azərbaycan və Ermənistan arasında razılaşdırılmayan 2 məsələdən danışdı

Lavrov Azərbaycan və Ermənistan arasında razılaşdırılmayan 2 məsələdən danışdı

Siyasət
14 января 2025 13 просмотров
İlham Əliyevin Paşinyandan tələbləri nələrdir? | Xaçatryandan sensasiyalı açıqlama

İlham Əliyevin Paşinyandan tələbləri nələrdir? | Xaçatryandan sensasiyalı açıqlama

Siyasət
14 января 2025 13 просмотров
Lavrov AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"sundan danışdı

Lavrov AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"sundan danışdı

Siyasət
14 января 2025 13 просмотров
Belarus Azərbaycana yeni səfir təyin etdi

Belarus Azərbaycana yeni səfir təyin etdi

Siyasət
14 января 2025 13 просмотров
Выбранные
icon