Выбрать плеер:
Azərbaycandan keçməklə Ermənistana növbəti yük partiyası yola salınacaq - Baku TV
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək.
Məlumata görə, Ermənistana 4 vaqon gübrə, 1 vaqon qarabaşaq yola salınacaq.
Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir. Sonuncu dəfə martın 19-da ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib. Ümumilikdə isə indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.
Скопировано
