Выбрать плеер:
Bakı Təşəbbüs Qrupu BMT Baş Assambleyası çərçivəsində konfrans keçirir
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Fransa və Niderlandın müstəmləkə altında saxladığı ərazilərin (Yeni Kaledoniya, Boneyra, Aruba və s.) müstəqillik hərəkatı liderləri və beynəlxalq ekspertlər iştirak ediblər. Konfransda Fransanın dekolonizasiya öhdəliklərini yerinə yetirməməsi tənqid olunub və Bujival sazişinin Yeni Kaledoniyanın müstəqillik yoluna mane olduğu bildirilib. Yekunda birgə bəyanatın qəbulu və BMT ofisi qarşısında dinc etiraz aksiyasının keçirilməsi qərara alınıb.
Скопировано
