Выбрать плеер:

Bakıda "Euronews" televiziyasının yerli ofisi fəaliyyətə başladı

18 ноября 2025 183 просмотров

Bakıda “Euronews” televiziyasının yerli ofisi fəaliyyətə başlayır. Bu münasibətlə təşkil olunan açılış mərasimində media nümayəndələri, diplomatlar və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən "Euronews"un Direktorlar Şurasının sədri Pedro Varqas David bildirib ki, rəhbərlik etdiyi media qurumu Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirib və bu mövqeyə görə təzyiqlərə məruz qalıb.

O, Avropanın nüfuzlu media qurumunun Bakı ofisinin açılışından məmnunluq duyduğunu qeyd edib:

“Biz Azərbaycanda media və jurnalistika sahəsini gücləndirmək istəyirik. Mövcud vəziyyəti və çətinlikləri başa düşürük, bu bir inkişaf prosesidir. Avropalı və azərbaycanlı jurnalistlərin birlikdə işləməsi peşənin inkişafına, daha müstəqil və azad medianın formalaşmasına töhfə verəcək. Bakıda təxminən 15 nəfərlik bir komanda olacaq. Hazırda onların yarıdan çoxu artıq işə qəbul edilib. Gələcəkdə onların sayını artırmaq niyyətindəyik. Biz bunu daha əvvəl Özbəkistan, Qazaxıstan və Qətər kimi ölkələrdə təcrübədən keçirmişik”.

Pedro Varqas Davidin sözlərinə görə, Bakıda ofisin açılması kanal üçün mühüm mərhələdir, “Euronews”un regiondakı mövqelərinin gücləndirilməsinin rəmzidir, hadisələrin obyektiv və qərəzsiz işıqlandırılması sahəsində Azərbaycanla əməkdaşlığın davamıdır.

Mərasim zamanı “Euronews”un Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri təqdim olunub. Həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin liderlərindən regionun Avropa ilə münasibətlərinə təsir edən əsas siyasi, iqtisadi və sosial proseslər barədə alınan müsahibələri əhatə edən “Eurasia Talks” verilişi nümayiş etdirilib. Tədbir mədəni proqramla yekunlaşıb.

Qeyd edək ki, “Euronews” 1993-cü il yanvarın 1-də yaradılıb.

Скопировано
Azərbaycanlıların qayıdışı Ermənistanın əsas gündəm mövzularındandır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycanlıların qayıdışı Ermənistanın əsas gündəm mövzularındandır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
25 декабря 2025 183 просмотров
"Bu bizim bölüşdüyümüz bir faciədir" | Zaxarovadan vacib açıqlama - Baku TV

"Bu bizim bölüşdüyümüz bir faciədir" | Zaxarovadan vacib açıqlama - Baku TV

Siyasət
25 декабря 2025 183 просмотров
Azərbaycan QHT-ləri bu məsələyə görə Trampa müraciət etdi - Baku TV

Azərbaycan QHT-ləri bu məsələyə görə Trampa müraciət etdi - Baku TV

Siyasət
25 декабря 2025 183 просмотров
“Euronews”da AZAL təyyarəsinin qəzası ilə bağlı materialda nələrə diqqət çəkildi? - Baku TV

“Euronews”da AZAL təyyarəsinin qəzası ilə bağlı materialda nələrə diqqət çəkildi? - Baku TV

Siyasət
25 декабря 2025 183 просмотров
Prezident bir sıra idmançıları və idman mütəxəssislərini təltif etdi - Baku TV

Prezident bir sıra idmançıları və idman mütəxəssislərini təltif etdi - Baku TV

Siyasət
25 декабря 2025 183 просмотров
Hikmət Hacıyevdən Qəzzaya sülhməramlıların göndərilməsi məsələsi ilə bağlı açıqlama - Baku TV

Hikmət Hacıyevdən Qəzzaya sülhməramlıların göndərilməsi məsələsi ilə bağlı açıqlama - Baku TV

Siyasət
25 декабря 2025 183 просмотров
NATO və Rusiya arasında gərginlik niyə yeni mərhələyə daşınır? - Baku TV CANLI

NATO və Rusiya arasında gərginlik niyə yeni mərhələyə daşınır? - Baku TV CANLI

Siyasət
25 декабря 2025 183 просмотров
İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım etdi - Baku TV

İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım etdi - Baku TV

Siyasət
25 декабря 2025 183 просмотров
Bakıda keçiriləcək WUF13-lə bağlı müraciətlərin qəbulu nə zaman başa çatır? - Baku TV

Bakıda keçiriləcək WUF13-lə bağlı müraciətlərin qəbulu nə zaman başa çatır? - Baku TV

Siyasət
25 декабря 2025 183 просмотров
Aktau faciəsinin 1-ci ildönümü | Zelenskidən açıqlama | Putinin Qafqazda son qalası - YENİ BİR SƏHƏR

Aktau faciəsinin 1-ci ildönümü | Zelenskidən açıqlama | Putinin Qafqazda son qalası - YENİ BİR SƏHƏR

Siyasət
25 декабря 2025 183 просмотров
Выбранные
icon